Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Ölkə bir dəqiqənin içində od tutub yana bilər” – Əli Nağıyevdən Əli İnsanova ağır sözlər

“Ölkə bir dəqiqənin içində od tutub yana bilər” – Əli Nağıyevdən Əli İnsanova ağır sözlər







"Martın əvvəlində, Əli İnsanov həbsdən çıxanda mənə sual ünvanladılar. Bidirdilər ki, Əli İnsanov emosional, odlu-alovlu çıxışlar edir. Mən o zaman bildirdim ki, bu yanaşmanı səhv hesab edirəm”.



Bunları YAP-ın qurucularından olan sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev keçmiş həmkarı Əli İnsanovun son bəyanatlarına münasibət bildirərkən deyib. O, bu barədə "Moderator.az” saytına açıqlamasında danışıb.



Ə.Nağıyev Ə.İnsanovun fikirlərini yanlış hesab etdiyini, İlham Əliyevə yönəlik istənilən addımın həm də xalqa, xalqın və dövlətin mənafeyə qarşı yönəldiyini vurğulayıb: "Mən hələ 16 il qabaq bu yolun səhv olduğunu bildirmişəm. Bu gün elə simasızlar var ki, onlar iqtidarın təbliğatını edəndə, bu, iqtidarın əleyhinə işləyir. Çünki cəmiyyət bu insanları simasız insanlar kimi tanıyır. O simasızlardan birini o vaxt mənim də yanıma göndərmişdilər. Mənə deyirdilər ki, sən də bizim tərəfimizə keç. Mən həmin şəxsə sərt cavab verdim, bildirdim ki, məndən Heydər Əliyevə xəyanətkar olmaz”.



Sabiq nazir deyib ki, yaxşıya yaxşı, pisə pis demək lazımdır. Bir adamın hansısa səhvi olubsa, onun yaxşılarını da qaralamağı qəbul etmir: "Mən Əli İnsanova onu deyə bilərəm ki, ay kişi, sən axı savadsız adam deyilsən. Sən bu mübarizəni ömür boyu axıra çatdıra bilmərsən. İkinci bir tərəfdən, bax gör sən kimlərin əlinə oynayırsan. Prezident postuna iddialar arasında İlham Əliyevin dizinə qədər çatası layiqli bir adam görmürəm. Onların içərisində vicdanı düz, keçmişi təmiz, milləti İ.Əliyevdən çox sevən, millətə İ.Əliyevdən artıq xidmət edən bir adam yoxdur. Nəinki İ.Əliyevdən artıq, İ.Əliyevin dizinə qədər olanını görmürəm.



73-74 yaşın var. Axı sənin Avropada, Amerikada oturan müəllimlərin də gözəl bilir ki, sənin bu potensialın yoxdur. Sən o cılız adamlara xidmət edirsənsə, yalnız İ.Əliyevə deyil, bu xalqa düşmənçilik edirsən. Sən bu millətə düşmənçilik edirsən.



Bu gün Azərbaycanın çox böyük problemi var. İ.Əliyevə qarşı çıxmaq, onun stolunu laxlatmaq, ona zərbə vurmaq Azərbaycana zərbə vurmaqdır. Azərbaycan bir dəqiqənin içində od tutub yana bilər.



Mən bir daha bunları Əli İnsanovun diqqətinə çatdırmaq istəyirəm. Bir daha deyirəm ki, ay kişi, qalan ömrünü balalarına, nəvələrinə sərf elə. Xeyirli işlərlə məşğul ol. Sən bu fəaliyyətinlə bu millətə heç bir xeyir verə bilməyəsən”.











Teqlər:
Bu xəbər cəmi 2540 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR