Sənaye və energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə evliliyə hazırlaşan Azərbaycanın “Eurovision-2010” təmsilçisi Safura Əlizadənin sosial şəbəkələrdə maraqlı fotosu yayılıb.
Prodüser Tolik özünün rəsmi instagram səhifəsində Safura Alizadənin nazir oğlu ilə mərasimlərdən birindən çəkilən fotosunu paylaşıb və ona xoşbəxtlik arzu edib: “Xoşbəxt olun, qoy sizin ürəyiniz hər zaman sevgi ilə dolu olsun”.
Safura Əlizadə isə öz növbəsində Tolikə təşəkkürünü bildirib.
Qeyd edək ki, hələ ötən il “Qafqazinfo” Safura Əlizadənin Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə qurmağa hazırlaşması ilə bağlı ilkin informasiya yaymışdı. Onu da əlavə edək ki, Natiq Əliyevin oğlu artıq bir dəfə evli olub.