Dənizkənarı Milli Parkda bu gündən Yeni il tədbirlərinə start verirlir.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Günay Yelmarqızı məlumat yayıb.
O bildirib ki, Dənizkənarı Bulvar İdarəsi artıq bayram hazırlıqlarını yekunlaşdırıb:
"Kukla Teatrının arxasında yerləşən meydanda bayram proqramı təqdim olunacaq. Milli Parka gələn paytaxt sakinləri və şəhərimizin qonaqlarını maraqlı surprizlər, canlı musiqi gözləyir. Bulvardakı bayram ab-havası həm uşaqlar, həm də böyüklər üçün maraqlı olacaq. Dənizkənarı Milli Parkda Yeni İl tədbirləri iki həftə ərzində davam edəcək".