Dünyada əsasən 3 millətin heç vaxt kiçik, ən azından muxtar vilayət səviyyəsində olsa belə, özünəməxsus rəsmi dövlətləri olmamışdır. Bunlar ermənilər, yəhudilər və kürdlərdir. Bu millətlər əsrlər boyu ayrı-ayrı imperiyaların, böyük dövlətlərin tərkibində azsaylı millətlər kimi pərakəndə halda məskunlaşmışlar. Onlar hər hansı bir ərazidə kompakt formada yaşamadıqlarına və tez-tez köç etdiklərinə, yaşayış yerlərini dəyişdiklərinə görə dövlət qura bilməmiş, ayrı-ayrı imperiyalarının qoltuğuna sığınmışlar. „Harada mənə xoşdur ora mənə vətəndir“ əqidəsi ilə həyat sürən bu millətlər tarixin keşməkeşli zamanlarında birdən-birə ortaya atılaraq böyük dövlət yaratmaq iddialarına düşmüş, həmişə bu işi həyata keçirmək üçün böyük imperiyaların gücündən bəhrələnərək separatçılıq, terrorizm və s. kimi zorakılıq yollarını seçmişlər.
Tarix elə gətirmişdir ki, bu millətlərin hər üçünün ölüm-qalım taleyi Osmanlı imperiyası ilə bağlı olmuş, onun torpaqlarında təhlükəsiz sığınacaq taparaq məskunlaşmışlar. Onlar tolerantlığın ən yüksək nümunəsi olan Osmanlı imperiyasının torpaqlarında daim sülh və əmin-amanlıq, firavanlıq içərisində ömür sürmüşlər. Xüsusən, kürdlər türklərlə qaynayıb qarışmış, tarixin müxtəlif zamanlarında bir-birinə arxa, kömək olmuşlar. Buna görə də Böyük Atatürk kürdləri „Türk millətinin bir parçası“ hesab etmişdir. Lakin sonralar imperialist xarici ağalarının fitnə-fəsadına uyaraq, onların şirin vədlərinə inanaraq, bu millətlər xəyanətkarlıq yolunu seçmişlər.
İmperialist dövlətlər əsrlər boyu Osmanlı İmperiyasını, sonralar Türk dövlətini dağıtmaq, parçalamaq siyasətlərini həyata keçirmək üçün, onlara „dövlət yaratmaq“ adı altında həmişə bu millətlərin xəyanətindən istifadə etmişlər.
Vaxtilə sığınacaq tapmış, sonralar yaşadıqları türk torpaqlarını öz „dədə-baba“ yurdu hesab edərək, türk dövləti torpaqları da daxil olmaqla “Böyük Ermənistan” dövləti yaratmaq xülyasına düşmüş ermənilər kimi, Rus Sovet İmperiyası kürdləri də türk torpaqlarının bir hissəsini zəbt etməklə “Böyük Kürdüstan” dövləti yaratmaq kimi yalançı vədlərlə iki dost millət arasinda düşmənçilik toxumu səpməyə nail olmuşlar.
XX əsrin axırlarında “müstəqil dövlət” yaratmaq yolunda daha da fəallaşan kürd millətçilərinin terrorçu qrupları ayrı-ayrı dövlətlərdən torpaq qoparmaq iddiasına düşdülər. Çox qəribədir ki, bu gün də başa düşmək istəmirlər ki, onları müstəqil dövlət qurmaq iddiası ilə aldadan hegemon dövlətlər (Rusiya, ABŞ və bəzi Avropa dövlətləri) Türkiyəni daxildən zəiflətmək kimi öz mənfur siyasətlərini həyata keçirmək məqsədi ilə kürdlərdən oyuncaq kimi istifadə edirlər. Onlar başa düşmürlər ki, mənsub olduqları və öz dərd-səri ilə məşğul olan kürd millətini böyük bəlalara, fəlakətlərə sürükləyirlər.
İndi XXI əsrdir, heç bir dövlət bir qarış torpağını belə kiməsə “hədiyyə” etməyəcək. „Böyük yəhudi“ dövləti, „Böyük Ermənistan“ dövləti və „Böyük Kürdüstan“ dövləti yaratmaq məsələsi xoş xəyallardan başqa bir şey deyil və bu məsələ həmin millətlərə böyük faciədən savayı heç nə verməyəcək. Türk-kürd münasibətləri əsrlər boyu dostluq, etibar, zəmni əsasında formalaşmışdır.
Xristian (yezidi) kürdlərdən fərqli olaraq, əsasən islamın şiə məzhəbinə qulluq edən, adət ənənələri, məişət tərzləri tam eyniyyət təşkil edən kürdlərin əksəriyyəti türkləri həmişə özlərinə „abi“ (böyük qardaş) hesab etmişlər. Bir məsələni yaddan çıxarmaq olmaz ki, „sünni dini“, „şiə dini“ yoxdur, yalnız islam dini mövcuddur. Bu dinə qulluq edən müsəlmanların bir Allahı, bir Peyğəmbəri və bir Quranı vardır. Çox təəssüf ki, bu gün kürd terrorçuları bölgədə sünni-şiə məsələsini qabardaraq „Allahu Əkbər“, „Bismillahir-rəhmanir-rəhim“ nidaları altında Türk vətəndaşlarını, türk əsgərlərini qətlə yetirirlər.
Türkiyəni daxildən dağıtmaq, onu bölgələrə parçalamaq məqsədi ilə Sovet Rusiyası tərəfindən 1978-ci ildə bu ölkədə PKK (Türk İşçi Partiyası) yaradıldı. Bu partiya Türkiyə ərazisində yaşayan 12 milyona yaxın kürdlərin guya milli-mənəvi hüquqlarını qorumaq adı altında yaradılsa da, sonralar Türk dövlətindən „milli muxtariyyət“, Türk torpaqlarında „müstəqil dövlət“ yaratmaq kimi əsassız tələblər irəli sürməyə başladılar. Bu məsələnin həllinin qeyri əsassız olduğunu başa düşməyən kürd separatçıları 1984-cü ildən başlayaraq havadarlarının (Rusiya, Ermənistan və s.) köməyi ilə terrorçuluq, zorakılıq yollarını seçdilər və indi də bu yolla nəyəsə „nail“ olmağa çalışırlar. PKK quldurları anlamırlar ki, onlar bu gün də bu yollardan istifadə etməklə türk-kürd dostluq münasibətlərinə böyük zərbə vurmaqdadırlar.
PKK dünya miqyasında terrorçu təşkilat kimi tanınır. Bu təşkilata ən yaxın münasibətdə olan dövlətlərdən biri də indiki „Ermənistan“ dövlətidir. 30 ildən çoxdur ki, bu „dövlətin“ ərazisində terrorçu kürd-erməni hərbi təlim bazası fəaliyyət göstərir. Terrorçuluq fəaliyyətində bütün dünyada ad çıxarmış erməni terrorçu təşkilatları; Daşnaksutyun, Hnçaq, Droşaq, Amkavar, xüsusən, 1974-cü ildə Fransada yaradılmış ASALA terrorçu təşkilatı həmin bazada PKK ilə birlikdə erməni-kürd terrorçularına təlim keçdikdən sonra müxtəlif yollara Türkiyə ərazilərinə göndərilərək, bu gün də terror aktları törətməkdədirlər. Bu günlərdə PKK fəalları ilk olaraq terror əməliyyatları və s. törətmək məqsədi ilə „Ermənistan“ dövlətinə müraciət edərək yardım istəmiş və erməni quldurlarının „xeyir-duasını“ almışdır. Təsadüfi deyildir ki, Türkiyədə törədilmiş və 32 nəfərin həyatına son qoyulmuş, terror aktından dərhal sonra (səhəri gün) İstanbulda yerləşən, quldur yuvası olan katolik kilsəsinin keşişi Türkiyədə yaşayan erməniləri başına yığaraq terroru pisləyən bəyanatla çıxış etdi və kilsədə cərgəyə düzülmüş “Ermənistan”dan gəlmiş bir sürü erməni qadınlarını göstərərək onların da terroru lənətlədiklərini bildirdi (Nərgiz TV). Sual olunur: „Ermənistan“dan gəlmiş bu əxlaqsız qadınlara terror aktı törədiləcəyi haradan məlum idi? Deməli, həmin terroru ASALA və PKK birlikdə hazırlamış və həyata keçirmişlər.
Kürd terrorçu təşkilat PKK-nın əsas məqsədi Türkiyə, Iran, Iraq, Suriya və Azərbaycan dövlətləri torpaqlarından (hərəsindən bir hissə) qoparmaq yolu ilə “Böyük Kürdüstan” dövləti yaratmaqdır. Buna nail olmaq üçün onlar insanlığa yaraşmayan bütün vasitələrə əl atmaqdadırlar. Hətta bir neçə ay əvvəl kürdlərin kompakt yaşadığı bir kəndi PKK-çılar tamamilə darmadağın etmiş, mülki əhalini qətlə yetirmiş və bunun türk qırıcı təyyarələrinin törətdiyini bəyan etmişlər. PKK terror təşkilatı bu 30 ildən çox müddət ərzində Türkiyədə 20 mindən çox mülki əhalini, minlərlə türk əsgərini qətlə yetirmişlər. Hətta Şimali Iraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani PKK terrorçularının bu cür fəaliyyətini kəskin şəkildə pisləmiş və onları silahı yerə qoymağa çağırmışdır.
Yeri gəlmişkən, 1915-ci ildə ermənilərin Şərqi Anadoluya köçürülməsi zamanı, var-dövlətini qorumaq üçün köçmək istəməyən (xristian ermənilərdən savayı) bir çox ermənilər „gizli“ ermənilərə çevrildilər. Belə ki, onlar guya İslamı qəbul etdiklərini bildirərək kürd adı altında gizləndilər. Onların bir qismi də yezidi kürddən əcəmi kürdə döndüklərini bəyan etdilər. Əslində, onlar həmişə Qriqoryan erməni kilsəsində ibadət edir, bütün erməni ayinlərinə qulluq edirdilər. Bu gün həmin „gizli“ ermənilərin törəmələri yenə də kürd adı altında PKK terror təşkilatının özəyini təşkil edir, türklərə qarşı amansız vəhşiliklər törədirlər. PKK-nın böyük dəstəyi ilə Türkiyə Milli Məclisinə XDP-dən (Xalqların Demokratik Partiyası) seçilmiş „millət vəkilləri“ nin əksəriyyəti Kürd adı altında „gizli“ ermənilərdir. XDP-nin lideri Səlahəddin Dəmirdaşın da həmin „gizli“ ermənilərin törəmələrindən biri olduğu güman edilir.
Bu gün PKK-ya xaricdən rəvac verən və onu dəstəkləyən kürd terrorçu qruplaşmaları, Fətullah Gülən, Aydın Doğan kimi türk xalqının düşmənləri PKK-nın ideoloqçuları olan XDP və başqaları başa düşməlidirlər ki, Türkiyə, türk dövləti olaraq ərazi bütövlüyü çərçivəsində daim mövcud olacaq, ona xəyanət edənlər tamamilə məhv ediləcək. Türk dövlətinin qanunlarına əməl etməyənlər, ölkə daxilindən it kimi qovulacaqlar. Ermənilərin kağız üzərində qalmış „Böyük Ermənistan“ dövləti yaratmaq kimi xam xəyalları əks etdirən „cındır xəritə“ kimi, „Böyük Kürdüstan“ xəritəsi də onu yaradanların gözünə soxulacaqdır. Türk və kürd xalqları arasında düşmənçilik toxumu səpən bütün PKK terror silahlılarının kökü kəsiləcək, onlardan bir nəfərin də olsa türk torpaqlarında qalmasına imkan verilməyəcəkdir.
Rusiya LDP-nin rəhbəri V.Jirinovski bu yaxınlarda çıxışlarından birində bildirdi ki, əgər Rusiya ermənilərə himayədarlıq etməsə, onu qorumasa Türkiyə və Azərbaycan onları bir neçə gün ərzində diri-diri yeyərlər. İndiki zamanda Türkiyə Azərbaycan qardaşlıq münasibətləri hərtərəfli qorunub saxlanmasa, gələcək istəklərimizə nail ola bilmərik. Ona görə də mahiyyətindən asılı olmayaraq bütün məsələlərdə Türkiyə Azərbaycana, Azərbaycan isə Türkiyəyə arxa-dayaq olmalıdır. Bu günlərdə Türkiyənin PKK, İŞİD və s. kimi terrorçu təşkilatlarına qarşı apardığı ədalətli hərbi əməliyyatlara Azərbaycan dövləti və xalqı həmişə dəstək olmalıdır.