Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Ailədə miras necə bölünməlidir? - HÜQUQİ ŞƏRH

Ailədə miras necə bölünməlidir? - HÜQUQİ ŞƏRH


Xeberle.com olaraq hüquqi yardımla bağlı silsilə yazılarımıza davam edirik. Budəfəki mövzumuz miras haqqında olacaq.



Miras necə qəbul olunur və ondan necə imtina edilir? O vərəsələr arasında necə bölünür? Bağışlanan əmlak mirasa daxildirmi?



Bu suallara hüquqşünas Ramil Süleymanov aydınlıq gətirib. Onun sözlərinə görə, vərəsəlik qanun və vəsiyyət üzrə yaranır:



"İlk öncə qeyd edim ki, vərəsəlik hüququ ayrıca bir hüquq bölməsi olaraq mülki hüququn tərkibindədir. Varis – qanuna görə şəxsin öldükdən sonra onun sağ qalan övladları və ya vəsiyyət etmiş olduğu şəxslər hesab olunur.



Vərəsəlik 2 əsasla : qanun üzrə və vəsiyyət üzrə yaranır. Qanun üzrə vərəsələr miras qoyan şəxsin ölümündən sonra onun sağ qalan övladları və ya övladlarının övladları hesab edilir. Vəsiyyət üzrə vərəsəlik isə konkret olaraq miras qoyanın vəsiyyətnamə üzrə əmlakını vəsiyyət etdiyi şəxsdir. Nikahdan kənar uşaqlar o zaman vərəsə sayıla bilərlər ki, bu barədə onların müvafiq sənədlərində atalıq və ya analıq qanunla müəyyən edilmiş olsun və nəticə etibarı ilə bundan sonra onlar da qanun üzrə vərəsəliyə çağırılırlar. Əgər bu yoxdursa o zaman hüquqi əhəmiyyətli faktın müəyyən olunması ilə bağlı müvafiq qaydada məhkəməyə müraciət edilməlidir və fakt orada təsdiq edildikdən sonra şəxs vərəsə olaraq müraciət edə bilər. Mirasın qəbuluna görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi 3 aylıq və altı aylıq müddətlər müəyyən edir. Vərəsə hər nə olursa olsun vərəsəliyə çağırıldığı andan və ya bunu bilməli olduğu andan 3 ay ərzində mirası qəbul edə bilər və bununla bağlı ərazi üzrə notariat kontoruna ərizə ilə müraciət edir. Mirasın açılmasından 6 aylıq müddət keçdikdə isə mirasın qəbuluna yol verilmir. Bəzən olur ki, vətəndaşların başı öz əziz insanlarının dərdinə qarışır, mirası faktiki olaraq qəbul edir amma bununla bağlı mütləq qaydada notariusun verdiyi imtinadan məhkəməyə müraciət etmək lazımdır, hüquqi əhəmiyətli faktı təsdiq etmək lazımdı. Yalnız bundan sonra notarius həmin şəxsə vərəsəlik şəhadətnaməsi yaza bilər. Miras əmlakını qəbul edən şəxs miras qoyanın kreditorları qarşısında olan öhdəliklərini də qəbul etmiş hesab olunur və qəbul etdikləri əmlak həddində kreditorlar qarşısında miras qoyanın öhdəliklərinin yerinə yetirilməsində iştirak edir. Ümumiyyətlə qanun üzrə və ya vəsiyyət üzrə vərəsə miras əmlakını qəbul etməkdən imtina edə bilər. Miras əmlakının qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrin xeyrinə imtina etmək də mümkündür. Bu barədə rəsmi qaydada ərizə müvafiq notariat kontoruna təqdim edilməlidir”.



R.Süleymanov bildirdi ki, miras qoyanın əmlakı vərəsələr arasında bərabər şəkildə bölünür:



Miras əmlakı şəxsin ölümünə qədər ona məxsus olan daşınar əşyalar, dövlət qeydiyyatına alınmış və bu barədə müvafiq reyster çıxarışı olan daşınmaz əşyalar və eləcə də rəsmi dövlət qeydiyyatına alınmış daşınar əşyalar (avtomobil və s.) aiddir. Burada yalnız mülkiyyət hüququnu təsdiq edən sənəd kimi yalnız avtomobilin texniki passportu nəzərə alınmalıdır. Hamının baş etibarnamə kimi bildiyi "gen.dovernus”un heç bir hüquqi əsası yoxdur. Bunun daxil olunması müvafiq qaydalara riayət etməklə mümkündür. Əgər miras qoyan evlidirsə onun yalnız ümumi birgə mülkiyyətdə olan payı ilə bağlı vəsiyyət etmək və buna iddia etmək mümkündür. Açıq desək şəxsin onun adına rəsmiləşmiş mənzili tam olaraq vərəsələrinin arasında bölünməsi anlamına gəlməməlidir. Belə ki, birgə nikah dövründə əldə olunmuş əmlakdırsa (hədiyyəni çıxmaq şərti ilə) bu zaman miras qoyanın həmin əmlakın yarısını vəsiyyət etmək və ya vərəsələrin araslnda bölmək kimi ixtiyarı var. Miras qoyanın onun hüququ çatan əmlakı isə vərəsələr arasında bərabər şəkildə bölünür. Qanun üzrə vərəsəlik növbəli şəkildə gedir. 5 növbəlidir. 1-ci növbə vərəsələr ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) hesab edilir. Bu şəxslərdən birinin olmaması avtomatik 2-ci növbə vərəsələrin çağırılması ilə nəticələnir. Ümumiyyətlə qanun açıq şəkildə deyir ki, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Yəni tutaq ki, 3-cü növbədə vərəsələrdən biri mövcuddursa heç bir halda 4-cü növbə vərəsələr çağrıla bilməzlər. Nikahı ləğv olunmuş ər-arvad bir-birinin vərəsəsi ola bilməzlər. Əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan əmlak dövlətə keçir; əgər miras qoyan şəxs qocalar, əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün müəssisələrin, müalicə, tərbiyə və sosial təminat müəssisələrinin təminatında olmuşdursa, onların mülkiyyətinə keçir”.



R.Süleymanovun sözlərinə görə, şəxs ölməmişdən qabaq ona məxsus olan daşınar əşyanı kiməsə bağışlamaq, hədiyyə vermək istəyərsə, burada bir problem yoxdur:



"Amma yuxarıda sadaladığım dövlət qeydiyyatlı əmlaklar bağışlanılan zaman (ev, torpaq, avtomobil, gəmi və s.) əgər həmin əmlak birgə nikah dövründə alınmışdırsa, bu zaman həmin ərin(arvadın) müvafiq qaydada notarial razılığı da tələb olunur. Düzdür bu barədə hüquqşünaslar arasında fikir ayrılığı mövcuddur ki, necə olur ki, şəxs ona məxsus əmlakla bağlı mütləq başqa kiminsə də razılığını əldə etməlidir. Amma "Notarial hərəkətlərin aparılması qaydaları haqqında” təlimatda belə bir razılığın alınması açıq və net şəkildə göstərilmişdir. Ümumiyətlə isə şəxsin hədiyyə olaraq almış olduğu əmlakı hədiyyə şəklindədə kiməsə verməsində heç bir problem yoxdur. Bunu eləmək mümkündür. Eləcə də hədiyyəni verən şəxsin sonradan ölməsi, vərəsələrdə onun əqli durumu, özünü idarə etmək qabiliyyəti və s. hallarla bağlı şübhələr olarsa, bu barədə də məhkəməyə müraciət edib həmin bağışlama müqaviləsinin ləğv edilməsi və əmlakın miras əmlakına daxil edilməsi barədə də məhkəmə təcrübəsi mövcuddur.



1. Əgər valideynlərin dörd övladı varsa və valideyn sağlığında adında olan evi övlalarından birinə bağışlayıbsa, digər övladların həmin ev üçün hüquqları varmı?



- Evlə bağlı məsələ bir az fərqlidir. Əgər ev bağışlanıbsa hansısa övlada bu zaman övladlardan hər hansı birinin razılığı deyil yalnız ərin(arvadın) razılığı tələb olunur. Bağışlama müqaviləsi bağlandıqdan sonra əgər həmin övlad bunun əsasında müvafiq orqandan (DƏDRX-dən) çıxarış alıbsa bu artıq onun mülkiyyəti sayılır. Digər övladların əgər passport qeydiyyatları həmin ünvandadırsa, əlbəttə ki, "Yaşayış yeri haqqında” Azərbaycan Respublikasının qanuna görə onun həmin ünvandan eyni zamanda istifadə etmək hüququ vardır. Amma yeni mülkiyyətçinin də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə müvafiq qaydada kompensasiya verməklə həmin şəxsin və ya şəxslərin istifadə hüquqlarına xitam verdirə bilər. Başqa bir məsələ digər övladların bu bağışlama müqaviləsinin aldadılma və ya şəxsin ağır vəziyyətindən istifadə etməklə bağlanılmasına nail olunması ola bilər ki, həmin övladlar bu barədə məhkəmədə "bağışlanma müqaviləsinin və bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə” iddia qaldırmaqla, müvafiq sübutlarını məhkəməyə təqdim etməklə vərəsəlik hüquqlarının və əmlakın bölünməsinə nail ola bilərlər. Qeyd edim ki, məhkəmə təcrübəsində bu tip presedentlər olmuşdur”.


Teqlər:
Bu xəbər cəmi 4045 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR