Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Jurnalistlər Oqtay Əsədova müraciət etdilər - Əliağa Hüseynovun hərəkətlərinə qiymət verilsin!

Jurnalistlər Oqtay Əsədova müraciət etdilər - Əliağa Hüseynovun hərəkətlərinə qiymət verilsin!

Parlament Jurnalistləri Birliyi və Modern.az saytı Milli Məclisin sədri Oqtay Əsədova və Salyan seçicilərinə müraciət edib.


 


Müraciətdə 59 saylı Salyan seçki dairəsinin deputatı, ehtiyatda olan general-leytenant Əliağa Hüseynovun Azərbaycan Ordusunun 100 illik yubileyi ərəfəsində jurnalistlərin və Silahlı Qüvvələrimizin ünvanına təhqiramiz ifadələr işlətməsinə etiraz edilib, Milli Məclis rəhbərliyindən bu məsələylə bağlı tədbir görmək xahiş olunub.


 


Müraciətdə deyilir: 


 


- Milli Məclisin sədri, cənab Oqtay Əsədov və hörmətli Salyan seçiciləri,


 


59 saylı Salyan seçki dairəsinin deputatı, ehtiyatda olan general-leytenant Əliağa Hüseynov artıq neçənci dəfədir ki, jurnalistləri təhqir edir, mətbuat nümayəndələrinə qarşı heç bir ölçüyə sığmayan kobud davranış göstərir. 


 


Deputat ona zəng edən jurnalistin "Azərbaycan Ordusunun 100 illiyik yubileyinin necə keçirilməsini istəyirsiniz” sualına cavab vermək əvəzinə dözümsüzlük göstərərək, media nümayəndəsinin və Silahlı Qüvvələrin ünvanına təhqiramiz ifadələr işlədib. Yəqin ki, razılaşarsınız ki, ölkənin ali qanunverici orqanının mandatını daşıyan 72 yaşlı bir şəxsin "Siz kimsiniz? Hansı Ordudan danışırsız? Sizə nə açıqlama verəcəm? Əl çəkin məndən, şərəfsizlər!” deməsi millət vəkili adına heç cür yaraşmır. 


 


Düşünürük ki, Əliağa Hüseynovun jurnalisti və Azərbaycan Silahlı Qüvvələrini aşağılayan vulqar ifadələr işlətməsi təkcə onun özünə deyil, bütövlükdə Milli Məclisin adına da xələl gətirən hadisədir.


 


Cənab Oqtay Əsədov və hörmətli Salyan seçiciləri,


 


Baş verən hadisə bütün jurnalistləri təəssüfləndirir və hətta bəzilərində belə bir təəssürat yaradır ki, deputat Əliağa Hüseynov Sizlərlə ünsiyyət zamanı da bu cür xoşagəlməz davranışlara yol verir. 


 


Ancaq Parlament Jurnalistləri Birliyi və Modern.az saytı ümid edir ki, Milli Məclisin rəhbərliyi deputat və ehtiyatda olan hərbçi Əliağa Hüseynovun bu hərəkətinin ilk olmadığını, "Milli Məclisin deputatının etik davranış qaydaları" ilə bir araya sığmadığını nəzərə alacaq. İnanırıq ki, Azərbaycan Ordusunun 100 illiyik yubileyi ərəfəsində Silahlı Qüvvələri və media nümayəndələrini aşağılayan deputatın məsələsinə Milli Məclisin İntizam Komissiyasında baxılacaq və müvafiq ölçü götürüləcək”. 

Teqlər:
Bu xəbər cəmi 3240 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR