Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Azərişıq” jurnalistlər üçün Cənub regionuna mediatur təşkil edib

“Azərişıq” jurnalistlər üçün Cənub regionuna mediatur təşkil edib

“Azərişıq” ASC-nin “Cənub” Regional Enerji Təchizatı və Satışı İdarəsində (RETSİ)  cəmiyyət tərəfindən görülən işlərlə tanışlıq məqsədilə jurnalistlər üçün mediatur təşkil edilib.



"Qafqazinfo" xəbər verir ki, iki gün davam edən mediaturda 30 jurnalist iştirak edərək Biləsuvar, Cəlilabad, Masallı , Lənkəran, Astara, Lerik və Yardımlı  rayonlarında “Azərişıq” ASC-nin gördüyü işlərlə tanış olublar.



Cənub Regional Elektrik Təchizatı və Satış İdarəsinin (RETSİ) xidməti ərazisindəki istismar müddətini başa vurmuş yarımstansiyalardan tutmuş elektrik hava xətlərinə qədər bütün istiqamətlərdə şəbəkələr hissə-hissə yenidən qurulur. İstehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, texniki itkilərin səviyyəsinin minimuma endirilməsi üçün 2018-ci ilin birinci rübündə ciddi işlər görülüb və hazırda da görülməkdədir.



 


Masallı rayonunun ərazisində 35 kV-luq Alvadı yarımstansiyası tam yenidən qurularaq istismara verilib. Eyni zamanda Alvadı kəndində 35 kv-luq  yüksək gərginlikli, 10 kV-luq orta gərginlikli hava xətləri yenidən qurulub. Təzə Alvadı, Ləngan, Təklə, Xoşçobanlı, Mollahəsənli, Sığıncaq kəndlərinin  0.4 kV hava xətləri Özünüdaşıyan İzolyasiyalı Naqillərlə (ÖİN) əvəzlənib, ərazilərə yeni Komplekt Transformator Məntəqələri (KTM) qurlaşdırılıb. Hazırda 35/10 kV-luq “Qarğalıq” yarımstansiyasından qidalanan 10 kV-luq Həsənli və Xırmandalı kənd hava xətləri yenidən qurulur,  Boradigah qəsəbəsində  0,4 kV-luq  hava xətti Özünüdaşıyan İzolyasiyalı Naqillərlə (ÖİN) əvəzlənir.



Lənkəran Elektrik Şəbəkəsində isə 35 kV-luq Səpnəkəran yarımstansiyası yenidən qurularaq istismara hazır vəziyyətə gətirilib. Bu yarımstansiyadan çıxan və Yuxarı Nüvədi, Mis kəndləri istiqamətində gedən 4 ədəd 10 kV –luq hava xətti tam yenilənib. Habelə Lənkəran Elektrik Şəbəkəsinin Yuxarı Nüvədi, Səpnəkəran, Şürük, Tütəbeştə, Moğonojba, Türkəkəran, Şıxəkəran, Xolmili, Seydəkəran, Kənarmeşə, Viyən, Aşağı Nüvədi qəsəbəsinin  0.4 kV-luq hava xətləri Özünüdaşıyan İzolyasiyalı Naqillərlə (ÖİN) əvəzlənib, kəndlərə yeni KTM-lər qurlaşdırılıb.  Hazırda 110 kV-luq “Lənkəran 2” yarımstansiyasının yenidənqurma işləri davam etdirilir, Xolmili, Şıxəkəran, Şağlaser kəndlərində yeni Komplekt Transformator Məntəqələri (KTM) quraşdırılır.



Astara rayonunun Şahağacı kəndində elektrik xətlərinin böyük hissəsi tam yenidən qurulub, yeni sayğacların quraşdırılması və əvəzlənməsi işləri aparılıb.



Lerik rayonunun  Andurma və Şingədulan  kəndlərinin də  0.4 kV –luq hava xətləri Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN)  çəkilərək yenidən qurulub və hazırda anoloji proses rayonun Orand kəndində aparılır.



Cəlilabad rayonunda 110 kV-luq “Cəlilabad-2” yarımstansiyası yenidən qurulur, Köçəkli kəndlərində  0,4 kV-luq şəbəkə Özünüdaşıyan İzolyasiyalı Naqillərlə (ÖİN)  əvəzlənərək sayğaclar çölə çıxarılır.



Yardımlı rayonunun mərkəzində də hazırda yeni Komplekt Transformator Məntəqələri (KTM) qurlaşdırılır, 0,4 kV-luq şəbəkə Özünüdaşıyan İzolyasiyalı Naqillərlə (ÖİN) əvəz edilir.



Biləsuvar rayonunun Köhnə Əmənkənd, Əliabad,  Xırmandalı kəndlərində 0,4 kV-luq şəbəkə yenidən qurulub,  hazırda Bəydilli kəndində Komplekt Transformator Məntəqələri (KTM) qurlaşdırılması üçün 0,4 kV-luq dayaqlar yenilənir. 



Teqlər:
Bu xəbər cəmi 3835 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR