Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Mətbuat Şurası haqqında qanun lazımdır? – Sorğu

Mətbuat Şurası haqqında qanun lazımdır? – Sorğu


Mətbuat Şurası haqqında qanuna ehtiyac hansı zərurətdən yaranıb?



 


Hər bir cəmiyyətin inkişafında mətbuatın mühüm rol oynadığı hər kəsə məlumdur.


 


Demokratik inkişafa önəm verən bütün ölkələrdə ictimai nəzarəti həyata keçirən və dördüncü hakimiyyət olaraq adlandırılan mətbuatın inkişafına xüsusi diqqət yetirildiyi kimi, Azərbaycanda da mətbuatın inkişafına dair zaman-zaman ciddi addımlar atılır. Həmçinin dövlətçiliyimizin inkişafındakı  xidmət missiyalarının yüksək səviyyədə yerinə yetirilməsi üçün jurnalist peşəkarlığına və məsuliyyətinə də xüsusi diqqət göstərilir. Xüsusən də Mətbuat Şurası  bu məsələləri daim diqqət mərkəzində saxlayır və jurnalist peşəkarlığının artırılması istiqamətində  addımlar atır. Lakin Azərbaycan mətbuatının hazırda bir çox qlobal problemləri də var ki, bu problemlərin başında da ölkədə azad reklam bazarının formalaşmaması gəlir. Mətbuatın təkmilləşdirilməsi və  jurnalist məsuliyyətinin daha da artırılması baxımından yaradıcılıq imkanlarının genişləndirilməsinə şərait yaradılmasının vacib olduğunu nəzərə alsaq, Mətbuat Şurasının fəaliyyəti başadüşüləndir. Lakin mətbuatın getdikcə daha çox dövlətdən asılı vəziyyətə gətirilməsi mətbuatın azad rəqabət şəraitində işləməsinə əngəl olmaqdadır.


 


Ötən ay Milli Məclisdə Mətbuat Şurası (MŞ) haqqında qanun layihəsinin hazırlanması və KİV haqqında qanuna dəyişikliklər edilməsi təklif edilib. Milli Məclisin Mədəniyyət komitəsinin iclasında çıxış edən Mətbuat Şurası sədri Əflatun Amaşov  bildirib ki, Mətbuat Şurasının fəaliyyətinin qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı qanuna uyğun olaraq tənzimlənməsi şuranın qəbul etdiyi müəyyən qərarlarla bağlı çətinliklərin yaranmasına şərait yaradır. Bu baxımdan  yeni qanun layihəsinin hazırlanmasına ehtiyac var.


 


Maraqlıdır ki, MŞ-nin inzibati orqana çevrilməsinə nə dərəcədə ehtiyac var və bir ictimai qurum haqqında ayrıca qanun qəbul olunmasını nə qədər doğru hesab etmək olar?


 


Mətbuat sferası üçün mövzunun aktuallığını nəzərə alaraq, PİA.AZ-ın əməkdaşı Mətbuat Şurası haqqında qanun layihəsi ilə bağlı bir sıra baş redaktorlar arasında sorğu keçirib.


 


TİA.AZ həmin sorğunu oxucularına təqdim edir:


 


Image result for elnur məhərrəmli


 


“AzPolitika.info” saytının baş redaktoru  Elnur Məhərrəmli bildirib ki, media adından sui-istifadə fəaliyyətlərinə qarşı mübarizə apara biləcək kifayət qədər dövlət qurumlarının olmasından dolayı yeni bir qurumun yaranması zəruri deyil:


 


“Mətbuat Şurası haqqında ayrıca qanunun qəbul olunması təklifinin hansı əsaslara söykəndiyi haqda dərin məlumatım yoxdur. MŞ rəhbərliyinin, eyni zamanda Prezidentin köməkçisi Əli Həsənovun jurnalistlərin qurultayında səsləndirdiyi fikirlərdən belə nəticə çıxarmaq olur ki, MŞ-nın daha geniş və inzibati səlahiyyətlər istəyi əsasən “reket” jurnalistika ilə daha effektiv mübarizə aparmaq arqumentinə söykənir. Niyyət təkcə budursa, MŞ haqqında ayrıca qanunun qəbulunun medianın ümumi vəziyyətinə elə də ciddi müsbət təsiri olmayacaq. Çünki media adından sui-istifadə fəaliyyətlərinə qarşı mübarizə apara biləcək kifayət qədər dövlət qurumu var, yeni birinə ehtiyac yoxdur.


Image result for zahir əzəmət


Hesab edirəm ki, MŞ haqqında qanunun qəbul olunması təklifini irəli sürənlər öz mövqelərini bir daha əsaslandırmalıdırlar. Amma ümumiyyətlə götürdükdə, medianın inkişafına – peşəkarlığın və iqtisadi əsasların güclənməsinə xidmət edən istənilən təklif dəstəklənməlidir. MŞ haqqında qanun da buna xidmət edəcəksə, lap yaxşı…”.Media siyasətində daha ciddi yeniliyə ehtiyac olduğunu vurğulayan “Ann.az” xəbər portalının baş redaktoru  Zahir Əzəmətə görə, ölkə mətbuatında senzuranın ayaq səsləri artıq eşidilir:


 


“Son vaxtlar KİV haqqında qanuna məhdudlaşdırıcı dəyişikliklərin intensivləşməsi mənfi tendensiyadır və təəssüf ki, bu tendensiya davam edir. Bu dəyişiklik və təkliflər ətrafında ictimai müzakirələrin aparılmaması, media cameəsinin bunu laqeyd şəkildə müşahidə etməsi də təəssüf hissi doğurur. İndi də illərdir formal quruma çevrilən Mətbuat Şurasının da öz ilkin mahiyyətindən uzaqlaşmasını rəsmiləşdirmək istəyirlər. Artıq senzuranın ayaq səslərini eşidirəm. Bu gedişlə Azərbaycanda media yox, “mətbuat xidmətləri” mövcud olacaq, Mətbuat Şurası da, Mətbuat Aşurasına çevriləcək. Onsuz da dünya media azadlığı indeksində 180 ölkə arasında 163-cü yerdəyik. Bir azdan isə bizə heç bu siyahıda da yer olmayacaq. Bu layihənin müəllifləri Azərbaycanın imicini mümkün qədər korlamaq istəyən, Azərbaycanı sevməyən, Rusiyanın regiondakı planlarını körükləyən, beynəlxalq təşkilatlarla hakimiyyətin münasibətlərini gərginləşdirməyə çalışan şəxslərdir.


 


Azərbaycan mediasını dünya reyqinqində Zimbabve, Cibuti, Kuba, Laos, Ekvador kimi ölkələrlə yan-yana dayanmasına səbəb olan şəxslər buna görə məsuliyyət daşıdıqlarını bilməlidir. Hesab edirəm ki, Azərbaycan dövlətinin, hakimiyyətinin media siyasətində yeni nəfəsə, çağdaş yanaşmaya ehtiyac var”.


 


Image result for rəfail becanovMətbuat  Şurası ilə bağlı xüsusi qanunun qəbul edilməsi təklifini müsbət addım hesab edən “Cümhuriyyət” qəzeti və “Cebhe.info” xəbər portalının baş redaktoru Rəfail Becanovun fikrincə, yeni qanun çərçivəsində hətta mətuatın ciddi problemi olan reklam məsələsində də müsbət dəyişikliklər ola bilər:


 


“Mətbuatın problemləri nə qədər azalsa da, söz və mətbuat azadlığı olsa da, yenə də problemlər çoxdur. Ona görə də Mətbuat  Şurası ilə bağlı xüsusi qanun qəbul edilməsini təqdir edirik. Bu gün Mətbuat Şurası cəmiyyətlə media arasında bir körpü rolunu oynayır və  medianı qoruyur. Bəzən media qurumları haqsızlıqla üzləşir. Baş verən hadisəni media işıqlandırır, amma şikayətlər edilir, jurnalistlər, onların işlədikləri qəzet və ya saytlar təzyiqlə üzləşir. Haqlı olduğumuz halda haqsız durumla üzləşə bilirik, vaxtımız gedir. Mətbuat Şurası bu təzyiqlərin qarşısını almağa çalışır, amma indiki statusda bunu tam həll edə bilmir. Eyni zamanda reket mətbuatla mübarizəni effektiv qurmaq mümkün deyil. Etiraf etmək lazımdır ki, reket mətbuat ciddi jurnalistikanı da nüfuzdan salır. Bununla mübarizə aparmaq vaxt, imkan, səlahiyyət tələb edir. Hesab edirəm ki, xüsusi qanun və səlahiyyətlər olarsa, daha böyük işlər görülə bilər. Medianı təzyiqlərdən, müdaxilələrdən qorumaqla yanaşı, inkişafında daha yüksək nəticələr əldə etmək mümkündür. Mətbuatın ən ciddi problemlərindən biri reklam problemidir. Bununla bağlı da müsbət dəyişikliklər ola bilər. Mətbuat Şurası fəaliyyətinə görə bir ictimai birlik statusundan hazırda daha çox iş görür. Ona görə də bu məsələ təqdir olunmalı haldır”.


İrəli sürülən təklifin Mətbuat Şurasının faktiki olaraq ləğv edilməsi mənasına gəldiyini bildirən “PİA.AZ” saytının baş redaktoru Azər Qaramanlı vurğulayıb ki, qanun qəbul edildiyi təqdirdə Mətbuat Şurası jurnalistlərin təşkilatı olmaqdan çıxacaq:


 


“Bu təkliflə bağlı mənim anlamadığım bir şey var. Əgər Mətbuat Şurasının fəaliyyəti qanunla tənzimlənəcəksə, o zaman Mətbuat Şurası ictimai təşkilat olmaqdan çıxdığı kimi, jurnalistlərin yaratdığı təşkilat olmaqdan da çıxacaq. Dövlət qurumuna çevrilirsə, o zaman prezidentin fərmanı, ya da sərəncamı yetərlidir və sərəncama əsasən yeni əsasnamə ilə fəaliyyət göstərə bilər. Amma bir daha qeyd edirəm, bu zaman Mətbuat Şurası jurnalistlərin təşkilatı olmaqdan çıxacaq. Başa düşmədiyim də budur. Niyə Mətbuat Şurasını faktiki olaraq ləğv edirlər?!


 


Mən belə başa düşürəm ki, bu təklifin əsas məqsədi Rusiyadakı “Roskomnadzor” tipli bir qurum yaratmaqdır. Əslində bu ola bilər və normaldır. Ən azından qanuni qadağaları icra edən bir qurumun olmasından söhbət gedir və bu qurum təbii ki, dövlət qurumu olaraq fəaliyyət göstərəcək. Ən azından belə bir qurum olduğu zaman hamımız biləcəyik ki, filan sayt, filan qəzet hansı səbəbdən, hansı müddətə bağlanıb. Bir daha qeyd edirəm, bu normaldır. Yəni bu halda hər şey qanunla tənzimlənir.


 


Bu təklifin ana məqsədində söhbət “reket mətbuat”a qarşı mübarizəni gücləndirmək üçün səlahiyyətlərin artırılmasından gedirsə, sadəcə bir şeyi diqqətdə saxlamaq lazımdır. Reket termini cinayət məsuliyyəti daşıyan bir termindir və hər bir halda reketə qarşı mübarizəni Mətbuat Şurası deyil, prokurorluq orqanları aparmalıdır. Ona görə də Mətbuat Şurasının “reket jurnalistikaya” qarşı mübarizə aparması mənə çatmır. Mətbuat Şurası daha çox jurnalistlərin problemləri ilə məşğul olmalı, onların müdafiəsini təşkil və təmin etməlidir. Təbii ki, bu qurumun daxilində fəaliyyət göstərən KİV-lərdən söhbət gedir. Mənə görə quruma üzv olmayan KİV-lərin problemləri və fəaliyyətləri də Mətbuat Şurasını maraqlandırmamalıdır. Hə, kimsə kimdənsə şikayət edəcəksə, Mətbuat Şurası quruma üzv olan KİV-lə bağlı olan şikayətlə maraqlanmalı və bu şikayəti araşdırmalıdır. Amma yuxarıda dediyim kimi, Rusiyadakı “Roskomnadzor” tipli bir qurum yaratmaq kimi bir niyyətləri varsa, yaratsınlar, amma  Mətbuat Şurasından kənarda yaratsınlar”.


 


Media ilə bağlı mövcud olan bir neçə qurumların  vahid qurum altında cəmləşməsi təklifini irəli sürən “Afn.az” saytının baş redaktoru Səbuhi Qafarova görə, bu baxımdan Mətbuat Şurası haqqında qanunda bağlı irəli sürülən təklif məqsədəuyğundur:


 


“Məsələ ondadır ki, Əflatun Amaşov Mətbuat Şurasının hüquqi statusunun dəyişdirilməsini, sonra müvafiq qanunun qəbul edilməsini təklif edib. Yəni, hüquqi status dəyişdikdən sonra şura ictimai təşkilat olmayacaq. Çox güman ki, rəsmi dövlət orqanı, yaxud başqa bir status alacaq. Əslində mən də düşünürəm ki, media ilə əlaqə, medianın idarə edilməsi bir əldə cəmləşməlidir. Medianın idarə edilməsi dedikdə yanlış anlaşılmasın, bu sahə əslində idarə olunmamalıdır, lakin müəyyən məsələlərin tənzimlənməsi məsələsi var ki, bunlar da bir qurum tərəfindən reallaşdırılsa, daha yaxşı olar. Baxın, media ilə bağlı neçə qurum var: Mətbuat Şurası, KİV-ə Dövlət Dəstəyi Fondu, üstəlik, Prezident Administrasiyası İctimai-siyasi şöbə… Yaxşı olar ki, bunların hamısının funksiyası bir orqanda cəmləşsin və artıq idarəetmə deyək, yaxud nəzarət deyək, tənzimləmə deyək, nə olur-olsun bir orqanda reallaşdırılsın. Bu pərakəndəlik, çoxnəzarətlilik çox problemlər yaradır.


 


Həmçinin nəzərə almaq lazımdır ki, media sektoru genişlənməkdədir. Bir zamanlar KİV kimi qəbul edilməyən sosial şəbəkələrin də artıq media olaraq qəbullanması onu göstərir ki, bu sahənin konkret bir ünvandan tənzimlənməsinə, qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsinə ehtiyac var. Bu baxımdan Əflatun müəllimin təklifi yerində təklifdir.


 


Yeri gəlmişkən, təəssüf ki, son zamanlar “KİV haqqında” qanuna edilən dəyişikliklər əksər hallarda medianın xeyrinə olmur. Ümid edirəm ki, gələcəkdə  bu məsələ də nəzərə alınar”.


 


Image result for elşad məmmədli


 



Mətbuat Şurası ilə bağlı irəli sürülən qanunun qəbul edilməsinin zəruri addım olduğunu bildirən “Yeni Müsavat” qəzetinin redaktoru  Elşad Məmmədlinin fikrincə, bu addım medianın inkişafına müsbət təsir edə bilər:


 


“Mətbuat Şurası ictimai qurum olsa da, onun üzərinə düşən missiya gerçəkdən böyükdür. Çünki həm hökumət, həm vətəndaşlar media ilə bağlı hansısa problemlər olanda, rəsmi tənzimləyici orqan kimi Mətbuat Şurasına üz tuturlar. Həmçinin reket media ilə mübarizə də Mətbuat Şurasının vəzifələrindən biri kimi təsbit edilib. Lakin bəzən biz şahidi oluruq ki, üzərində bu qədər məsuliyyət, yük olan qurumun gərəkdiyi anda hansısa bir hüquqi, cəzalandırıcı mexanizmi, səlahiyyəti yoxdur. Bu səbəbdən hesab edirəm ki, Mətbuat Şurasına müəyyən səlahiyyətlər, görəvlər və rəsmi funksiyalar verilməsi zəruridir və ayrıca bir qanunun qəbuluna ehtiyac duyulur. Habelə, KİV haqqında qanunun da mexanizmlərə uyğunlaşdırılması  təbii zərurətdir”.


 


Image result for tural ismayılov


 


Bütün hallarda medianın inkişafına müsbət təsir edən təkliflərin qəbul edilməsinin doğru addım olduğunu qeyd edən “Mətbuat.az” saytının redaktoru, jurnalist Tural İsmayılov  ümid edir ki, yaxın zamanlarda onlayn medianın maliyyələşdirilməsi və inkişafı istiqamətində də ciddi addımlar atılacaq:


 


“Qanunun müddəaları ilə tanış deyiləm. Amma bu təklifi yaxşı qarşılayıram. İstənilən halda medianın tənzimlənməsi ilə bağlı olan bütün təşəbbüslər sonunda pozitiv nəticələnir. Tezliklə onlayn medianın da maliyyələşdirilməsi ilə bağlı da addımlar atılmasını səbirsizlə gözləyirik”.


 


Image result for qafqaz ömərov


 



Son zamanlar media orqanlarının vəziyyətinin qənaətbəxş olmadığını bildirən “Yenicağ” media qurumunun baş redaktor müavini Qafqaz Ömərov qeyd edib ki, qəbul edilən hansısa qanun İV-in fəaliyyətində məhdudlaşdırıcı rol oynamamalıdır:


 


“Sözün düzü, təklif verən şəxsin fikrinin nəyə əsaslandığından xəbərsizəm. Ümumiyyətlə,  qanun layihəsində MŞ-nın statusumu dəyişəcək? Bunlardan xəbərsizəm. Nizamnaməsində MŞ QHT kimi yaradılıb və statusu da müstəqil qurum statusudur.


 


KİV haqqında qanuna gəlincə, tənzimləyici qanun olmalıdır, amma biz bu cür qanunları qəbul edərkən inkişaf etmiş ölkələrin təcrübəsindən yararlanmalıyıq. Son illər KİV sahəsində baş verən proseslərə diqqət yetirsək, vəziyyətin nə yerdə olduğunu öz gözlərimizlə görə bilərik. Vəziyyət o yerə gəlib ki, milli media orqanları sadəcə beynəlxalq xəbərləri və şou qalmaqalları dərc etməklə məşğuldurlar. Gətirilən qadağalar, qoyulan məhdudiyyətlər KİV-lərin fəaliyyət sahəsini daraltmamalıdır. Əks təqdirdə daxili auditoriyanın diqqəti kənar qüvvələrin nəzarətində olan KİV-lərə yönəlir və gələcəkdə ictimai fikrin və hətta ictimai şüurun formalaşmasına kənar qüvvələrin təsir imkanları artır. Bunun isənilən bir ölkə üçün çox ağır fəsadları ola bilər”.

Teqlər:
Bu xəbər cəmi 3580 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR