Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 24-də Muxtar Respublikanın mədəniyyət nazirinin təyin edilməsi haqqında fərman imzalayıb.
“Qafqazinfo”nun məlumatına görə, fərmana əsasən Natəvan Tofiq qızı Qədimova Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri təyin edilib.
Qeyd edək ki, Vasif Talıbov aprelin 23-də mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Həmin sərəncamla Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında Mədəniyyət Nazirliyi və Turizm Departamenti yaradılıb.
Natəvan Qədimova bundan əvvəl Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri vəzifəsində çalışıb.