Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Məni bağışlama ana, yenə məzarına əliboş gəldim

Məni bağışlama ana, yenə məzarına əliboş gəldim


Hər gün aşura, hər gün matəm, hər gün iztirabla yaşamaq qismətimizə yazılıb. İmam Hüseyn müsibətindən tutmuş,  Xocalı faciəsinə qədər  haqqı hayqıran, lakin heç vaxt səsi eşidilməyən məzlum xalq timsalında tarixdə qara səhifələri  ən çox yazılan  millətin  övladlarıyıq biz.



Qızılgül almaqdan çox qərənfil almağı, sevinməkdən çox ağlamağı, yaxşı yaşamaqdan çox məşəqqətlə yaşamağı, sevməkdən çox nifrət etməyi, qəhrəman kimi yaşamağı deyil, qəhrəman kimi ölməyi öyrətdilər bizə..



Vərdiş halına çevrildi əzab-əziyyətlə yaşamaq.. Bir az gülən kimi “Allah xeyirə calasın, çox güldük“ deyə xoş günləri həyatımızda heç istəmədik.



İmam Hüseyn müsibətini yaşatmaq üçün daim ağladıq və yalnız öz yaxamızı  və canımızı al qana buladıq. Məgər günah özümüzdədir?



Rus-erməni birləşmələrinin törətdiyi Sumqayıt hadisələri, azərbaycanlıların  Quba məzarlığı, Xocalı faciəsi, 20 yanvar faciəsi, Qarabağ hadisələri və tarix boyunca at dırnağı altında məhv olmuş torpalarımız bizi oyatmaq üçün bəs deyilmi?



Az qala itkilərimiz hər günü matəm edəcək qədər çoxalıb.  Bəs nə vaxt qələbə dadını, qalib xalq adını daşımaq hissini yaşayacağıq. Yüz illər ərzində satqın və xainlərin şəxsi maraqlarına görə birləşə bilməyəcək hala gəldik. Bir qarına görə dəyərmi? Qarına görə özlərini belə satanlar!  Dəyərmi?



Bu millətin qəhrəmanlıq ruhunu qırmağa yönəlik ideologiyalar yayan televiziyalar  millətin başına min-bir  oyun açan yaltaqlara nə vaxta kimi meydan verəcəklər?



Nə vaxta kimi , dodağı slikonlu, qaşı alınmış geyləri  tərbiyədən danışdıracaq; əxlaqsızdan əxlaq, cinayətkardan  qanun-qayda, talançıdan inkişaf, korrupsionerdən  rüşvətvətə qarşı mübarizənin necə aparılması haqqında soruşacaq?



Müharibə şəraitində yaşayan millətin televiziyası vətənpərvərlik  hisslərini qaldıran  verlişlər hazırlamalı və torpaq, bayraq, müstəqillik rəmzlərini hər şeydən uca saxlanılmasnın müqəddəsliyini  quran ayələri kimi  təbliğ etməlidir.



Heç olmasa qardaş ölkə Türkiyədən nümünə götürək;



Türkiyənin "Star" televiziyasında efirə  gedən “SÖZ” serilalında, əsgər döyüşlər zamanı yaralanır. Əsgərin nişanlısı ağlaya-ağlaya əsgərin anasına deyir:



-Əgər ona bir şey olsa..



 Əsgər anası oğlunun nişanlısının  sözünü yarımçıq kəsir:



-Əgər ona bir şey olsa, deyəsəksiz vətən sağ olsun!!



Bu tərbiyyə bizim televiziya  verlişlərinin hansı birində təbliğ olunur? Heç birində...



Ailələrin dağılmasına şərait yaradan kinolar hazırlayan rejisorlara , milli mentalitetimizə uyğun olmayan  verlişləri efirdə canlandıran  və hər gün bir “manısın” ad gününü qeyd edən aparıcılara yazığım gəlir. Bayağı səhnələr yaradan, yaltaqlara dəyirmi masalar təşkil edib, bir-birinə “siz düz buyurusuz, yox siz daha düz buyurursuz”  deməsinə şərait yaradan  ət tökən aparıcılar, görəsən özlərinə güzgüdə baxıb, mən hansı işlə məşğulam sualını veriblərmi?



Nə qədər ağlasaq, nə qədər  qara bağlasaq, bizi yenə qara günlər  tapacaq.. Axı, deyirlər ki, kişilər ağlamaz! Amma  bizim kişilərimiz  ağlamaqda qadınlardan önə keçiblər...



Bu gün də bir faciəni yad etdik. 26 fevral 1992-ci ildə törədilmiş Xocalı faciəsini...



Fəryad edən ananın heykəlinin önündə baş əydik və önünə qərənfil qoyduq. Amma bunlar fəryad edən ananın göz yaşlarını qurutmadı.  Qurutmayacaq da..



Nə  qədər ki,  anamızın  oğullarının,  qızlarının, qardaşlarnın, nəvələrinin, atasının, babasının  qisası alınmayıbsa, nə qədər ki, onun ləçəyinin sərildiyi yerlər  düşmən tapdağının  altındadır fəryadı bitməyəcək və bizlərin onu ziyarət etməyimizi qəbul etməyəcək ...  



Nə qədər ki, anamız oğlunu, ərini qaçqın kimi görəcək , qızının, gəlininin əsrilkdə olduğunu hiss edəcək,  onun  ahı bitməyəcək...  



Nə qədər ki, anamızın ahı bitməyəcək, bizim qürurdan, kişilikdən danışmağa haqqımız yoxdur.Allah bizim səbr kasamızı doldusun..Bu nə qədər dərin imiş.



Bəli ana, mən sənin bu halından da, öz düşdüyüm vəziyyətdən də  çox utandım. Utandım, ayağımın altında məni saxlayan vətən torpağından... Aldığım havadan, içdiyim sudan utandım.



Məni bağışlama ana, bu dəfə də məzarının üstünə əliboş gəldim. 26 ildir gəlirəm.  Qarabağsız, şəhidlərimizin qanını almadan, haqsızlığa boyun əyərək...



Talıb Əhədov


Teqlər:
Bu xəbər cəmi 4010 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR