Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Minnət götürməyən şair

Minnət götürməyən şair
El – obasını dədə-baba yurdunu sevməyən insan xalqını, millətini və dövlətini sevə bilməz. Səməndər Çaxmaqlı


 Uzun illərdən bəri yaxından tanıdığımız şair Səməndər Çaxmaqlının şerlərini, publisistik məqalələrini, xüsusən də tənqidi- satirik şerlərini, məzəli-duzlu söhbətlərini, qətiyyətli və kəskin fikirlərini çox eşitmiş, onları çox yüksək qiymətləndirmişik. Onun “Ağıl duaları” kitabındakı çap edilmiş şerlər toplusunu bizə təqdim edəndə heç də şübhə etmədik ki, şerləri əsasən satirik səpkidə olacaq. O, özü də qeyd edir ki, tənqidi-satirik şerlər yazmaq, kimisə islah edərək yaxşılığa dəvət etmək həyata məhəbbətindən savayı bir şey deyildir:



Deyirsən sən niyə belə yazırsan,



Satira həyata məhəbbətimdir.



Boş başı bədəndə gəzdirmək asan,



Ürəkdə alovu boğmaq çətindir.



Onun həyata baxışlarında məhəbbət və nifrət içərisində acı gülüşü qoşa addımlayır. Lakin həyata, insanlara məhəbbət özünü açıq şəkildə biruzə verirsə, satira və acı gülüşün arxasında gözəl həyata, təmiz və saf insanlara qarşı məhəbbət hissləri ifadə olunur.



S.Çaxmaqlının şerləri qəribəliklərlə doludur. Əslinə baxanda elə insanın öz aləmi, onun tale yükü də belədir. Öz içindəki qəribəlikləri, düşüncələri, həyat anlayışını hər kəs daxilindən bir cür “çıxarır”. Şer dili ilə və yaxud müxtəlif hisslərlə, həyəcanlarla uzun müddət içində donub qalmış, həyatın ağrı-acısı, sevinc-kədəri S.Çaxmaqlının şer dili ilə dediyi misralarda, bəndlərdə özünə geniş yer tapa bilmişdir:



...Dedilər “Dahisən, xalqın gözüsən



Hər şirin nəğmənin şirin sözüsən,



“Başların başısan,” – sözün düzüsən



Bulmədin bu sənsən, ya sən deyilsən .



 



Dedilər: “Bələdsən hər çətin yola,



Kömüldə yerin var, ildə deyilsən”.



Bərəldib gözünü, baxıb sağ-sola,



Bilmədim bu sınsən, ya sən deyilsən.



 



Şairin yazdığı şerlərin heç biri təsadüfdən yaranmayıb. Hər bir şer hansısa bir hissin, həyəcanın məhsuludur. Onun satirik şerləri özünü sıldırım qayadan atan, daşlara, qayalara çırpan dağ çayına bənzəyir. Real həyat həqiqətlərində zaman anlayışı ağrılarının içindən çıxan ifadələr bəzən adi ürək çırpıntılarından doğsa da, ümumbəşəri çırpıntılara çevrilir:



Gülür kainatda gözəllik, həyat,



Qoltuğa sığınmaq yaxşı qərarmı?



Vətənə yamaqsa bir övlad əgər,



Onun danışmağa haqq olarmı?



Şair olmaq üçün şer yazmaq azdır, şair olmaq lazımdır. Xalqının, elinin, obasının, bütöv bir dünyanın dərdinə, sevincinə şərik olmaq, onu içində yaşatmaq, vulkan kimi püskürtmək şair olan kəsin məqsəd və məramı olmalıdır. Özündən daha çox özgələrinin sevincinə, dərdinə qatlaşmaq lazımdır. Hamının şair üçün gərəkli olmasından daha çox şair hamı üçün gərəkli olmalıdır. Şer təklikdə yaransa da, o, cəmiyyətin məhsuludur. Çünki cəmiyyət onu ələkdən keçirir, özününkü edir. O, Qarabağ torpaqlarının işğalına bu millətin biganəliyini ürək ağrısı ilə satirik dillə belə ifadə edir:



Saz meydan sulayır, coşur tar-kaman



Zəngulə car çəkir, qızışır meydan,



Yüksəlir millətin gur səsi hər an....



Bizimdir, belə millət bizimdir!



Bizimdir “Qarabağ da bizimdir!”



Yuxanda deyilənlər bizə əsas verir ki, S.Çaxmaqlmm iç dünyasına, onun poeziya aləminə baş vuraq. Doğrudan da onun şerlərini oxuduqca hiss edirsən ki, şair öz fikir dünyasını, mətləb- məramını cilalayıb, poetik bir şəkildə oxucuya çatdırmağı bacanr. Bugünkü həyatımızın problemlərini - əliəyriləri, nadanları, vəzifəpərəstləri, yaltaqları, rüşvətxorları, bir sözlə, simasızları tənqid etməkdən daha çox islah etməyə çalışır. Bəzən adama elə gəlir ki, S.Çaxmaqlı satirik şerlərin içindən çıxıb həyatın eybəcərliklərini özü qamçılamağa, onu boğmağa çalışır:



Deyirsən ki, mən yaratdım bağları,



Dərələri, təpələri, dağları,



Gözə soxub ötən “şirin” çağları,



Nə tərifdən, nə şöhrətdən doyursan,



Kimə minnət qoyursan?!



Bəli, şair minnət götürmür, özündən razı olanların eybəcərliklərini onun üzünə çırpır. Ömrün qısa olmasından söz açan şair “Ömür qısadır, qardaş” şerində həyatı mənalı yaşamağa, onun qədrini bilməyə səsləyir. O, ağır oturub, batman gəlməyi məsləhət görür:



Gün çıxanda sevinirik,



Gün batanda deyinirik.



Gün ötəndə öyünürük,



Günlər ötür yavaş-yavaş



Ömür qısadır, qardaş...



Bəli, insan ömrü doğrudan da qısadır. Bu qısa ömür içində özümüz də hiss etmədən əriyirik. Mənasız yaşamaq ömrü daha da qısaldır. Yaxşıya sevinir, pisdən də gileylənirik. Əslində insan oğlu həmişə narahatdır. Bu narahatlıq özünü o zaman daha çox büruzə verir ki, biz mənasız yaşamağa vərdiş edirik. Bir də ayılırıq ki, illər arxada qalıb. İnsanlıqdan uzaqlaşmaq, şan-şöhrətə uymaq “Ömür qısadır, qardaş” şerində şair fikrini aydın rəvan bir poetik dillə verə bilmişdir:



Yığdığını yeməyən çox,



Kimisi ac, kimisi tox,



Ölməyini düşünən yox,



Aldatmasın səni daş-qaş,



Ömür qısadır, qardaş...



“Səbr elə” şerində səbirli olmaq, tələsməmək, yüz ölçüb bir biçmək bu insan ömründə vacib şərtlərdən biri sayır. Lakin səbr etməklə ömrü başa vurmaq, hər şeyi itirmək, “səbr elə” deməklə təsəlli vermək - bu artıq yaşamaq yox, sürünmək deməkdir. Şair “Səbr elə” şerində səbr eləməkdən daha çox mübariz olmağa çağırır:



Mənə təsəllin də heç gərək deyil,



Hara aparırsan “ səbr et” - deməklə?!



Talanıb el-oba,dağılıb tifaq,



İtirdik çox şeyi səbr eləməklə.



 



Bu gün qaçqın-köçkün həyatını yaşayan hər kəsi səbr etməkdən daha çox mübarizəyə səsləyən şair hissini içində boğa bilmir. İstər Vətən torpaqlarının azad edilməsində, istərsə də şəxsi həyatda hər şeyi səbr etməyə bağlamaq düzgün deyil. Atalar demişkən “Allahdan buyuruq, ağzıma quyruq” ömrü yaşamağı düzgün hesab etmir.



Dünya haqqında çox şerlər yazılıb. Hərə bir cür ondan gileylənib. S.Çaxmaqlı dünyadan gileylənmir. Əksinə dünyanı pis günə qoyanları ifşa edir.



 



Dedin dünya xarab olub,



Onu dərdə salan bizik.



Hər gədaya kişi deyib,



Dalda zurna çalan bizik.



 



Kim soxuldu gözümüzə,



Böyük bildik özümüzə



İndi döyüb dizimizə



Od içində yanan bizik



 



“Kim kimdir” şerində zəmanədən gileylənən şair kimin kim olmasının özünün müşkül işə çevrildiyindən danışır.



“Vətən” sözü tar-kamanda.



Vətən özü əl-amanda,



Bilinməyir bu zamanda,



Doğru sözü deyən kimdir?



 



S.Çaxmaqlının şerlərində Vətənə sonsuz məhəbbət, onun düşmənlərinə kəskin nifrət hissləri daha güclüdür. O, Vətənin azadlığını, müstəqilliyini, ərazi bütövlüyünü hər şeydən üstün tutur, onun bir qarış torpağını belə düşmənlərə, yadlara pay verilməyəcəyini, təklənmiş bir millətin özünə güvənməyə, əlbir olmağa, qan düşmənlərə qarşı mübarizə aparmağa, hər şeyi bir qırağa qoyub onlardan qisas almağa çağırır. Şair “Kimə arxayınsan” şerində deyir:



Kimə arxayınsan ay bədbəxt oğlu,



Qeyrətə gəlməyin əsas vaxtıdır.



Zəngulə vurmağı, zurna çalmağı,



Meydan sulamağı, şıllaq atmağı,



Ölkə talamağı, qoy bir qırağa,



İndi hünər vaxtı, qisas vaxtıdır!



 



Səməndər Çaxmaqlının şerlərini oxuduqca hiss edirsən ki, onun müşahidələri, zaman və məkan anlayışı çox güclüdür. Səmimi olmayan hər şeyi üzə çıxarmaq, onları tənqid etmək bacanğı şairin müşahidələrinin məhsuludur. Böyük mənada söz sahibi olmaq, mənalı, məzmunlu bir fikri poetik dillə oxucuya çatdırmaq şairdən böyük mənada söz demək bacarığı tələb edir. Bu onun bütün şerlərində öz əksini tapmışdır. Bu baxımdan şairə yeni-yeni yaradıcılıq uğurlan arzulayırıq.



Ramazan Qafarlı



Filologiya elmləri doktoru, professor



Əli Hacı - Sufi yazar   


Teqlər:
Bu xəbər cəmi 4055 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR