İndi də canı sağ olmuş Allahşükür müəllim sürünən mətbuatımıza təzə mövzu verdi. Hə nə olsun. Pah..."Şeyxin qızı kilinika açıb". Alqışlanasıdır. ADAM həm də xurafat əhlinə bir mesaj göndərir bununla. BAXIN. Şeyx həzrətlərinin övladı tək Allahın qüdrəti sayəsində təcəlla edən elmin gücünə inanır, xəstələrinizin şəfa tapmasını istəyirsinizsə, buyurun tibb ocaqlarına, klinikalara deyir dolayı yolla. Xurafat əhlini mal duzunu yalamaqla cin balasının ayağını tapdaladığı üçün ulxunc xəstəliyindən qurtulacağı inancını heçə endirir. Eşq olsun bu məntiqə....
Nə böyük şey olub, a qardaş. Niyə də açmamalıdır klinikanı bu həzrəti Şeyxin qızı? Sadəcə olaraq burada bir fərq var ki, məmurlar büdcəni talan etməklə, büdcədən oğurlamaqla, "pilot layihələr" hesabına büdcənin əbu əcdadını ağlatmaqla klinika açırlar, AMMA Allahşükür müəllimin övladı mümkündür ki, əhli-müsəlmanların könüllü şəkildə pirlərə, türbələrə, ocaqlara qoyduqları nəzir-niyazların, yəni, sərmayənin hesabına o klinikanı açır.....
Bə danalarınız itəndə "YA QOLLU GEDİB, QOLSUZ QAYIDAN KİŞİ, SƏN BİZİM DANALARI QURDA URCAH ELƏMƏ!" deyəndə, qısır qalan qoyunlarınızın halına rəğmən "YA ƏBÜLFƏZİLABBAS, SƏN ÖZÜN BİZİM QOYUNLARA OĞLAN UŞAQLARI NƏSİB ELƏ!" deyə yalvaranda, uşaqlarınız qızdırmalı olanda qos-qoca həkimlərə yox deyib, onları seyyidül-üləmaların yanına aparıb "AĞA, DƏDƏM, NƏNƏM SƏNƏ FƏDA OLSUN, UŞAĞA BİR ÇARƏ QIL, O MÜBARƏK TÜPÜRCƏYİNDƏN BİR LOMBA HAYXIR BALAMIN AĞZINA, İNŞƏALLLAH DİRÇƏLSİN" deyə sürünə-sürünə o həzrətin qəbuluna gedəndə, ölülər üçün Quran xətm elətdirəndə bilmirdiniz ki, boğazınızdan kəsilən paralarla kimlərisə şişirdirsiniz...Burda dəhşət saçan heç bir şey yox. Yox dəhşət saçan bir şey varsa, onda cin balalarını duyuq salmayın, mollanın dua oxuyub üfürdüyü sancaqları yaxanıza taxın və ağzınızı geniş açın ki, molla həzrətləri ürəyi istəyən qədər sizləri opiorfinə qonaq etsin...Və təbii ki, əliniz cibinizdə olsun.....Cənnətə qəbzlər satan klinikalrın açılışı çox güman ki. "pilot layihə" kimi nəzərdə tutulur....Deyəsən uzun oldu e. Burda bir "amin" .......və bərəkatuh......Xeyirli olsun, ya Şeyx!
İgid Teymurlu