Tanınmış jurnalist Ülviyyə Alovlu reper Anar Nağılbazın porno videosunun yayılması ilə bağlı müzakirələrə fikir bildirib.
A24.az xəbər verir ki, jurnalistn dediyi bu fikirlər birmənalı qarşılanmayıb:
“Yenə gündəmdə seksdir… Bu cəmiyyətin qorxduğu söz: SEKS!!! O qədər qorxutmusunuz ki, kriminal xəbərləri başdan-başa: “Qızını zorlayan ata”, “Dilbilməz köprəni zorlayan gənc qohum”, “Zorlanmış qızını boğan ana”, “Filan məşhurun İntim videosu” tək yazılar qorxaq seksin nəticəsi kimi manşetləri bəzəyir! Guya, eyibdir deyirsiniz, amma zorlanma, intim xəbərlərini də ən çox oxunanlar kateqoriyasına qaldıran da elə bu “utancaq” cəmiyyətdir! Qondarma mentalitetə sığınıb öz seksual istəklərindən ar edən ər, məşuqəsinin hər yerindən öpsə də, uşaqlarının anası ilə bunu yaşamağı eyib bilir! Ayıbdır deyə, illərlə əri ilə orqazm yaşamadığı üçün ginekoloji xəstəliklərə, xərçəngə mübtəla olan arvad – bunu etiraf etməyi ölümə bərabər pozğunluq kimi qiymətləndirir! Beləcə, cəmiyyət xəyanətlər, boşanmalar, xəstəlik və digər bədbəxtliklər yaşayan seks yanığı obrazını yaşadır! Həm də QORXA-QORXA!!!”