Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Ayə, harayə gedirsən?” oxuyan gənc: “Yeni mahnım Naxçıvan ləhcəsində olacaq”

“Ayə, harayə gedirsən?” oxuyan gənc: “Yeni mahnım Naxçıvan ləhcəsində olacaq”


“Əslində “Ayə, harayə gedirsən?” çox dərin fəlsəfi sualdır”



AzTV-də Müasir Azərbaycan Gəncliyi (MAG) verilişinin qonağı olan Vüsal Rzasoyun gitarada ifa etdiyi “Ayə, harayə gedirsən ayə?” sözlərindən ibarət mahnı maraqlı müzakirələrə səbəb olub.



Bir anda sosial şəbəkələrdə və mediada məşhurlaşan V. Rzasoy AzVision.az-a deyib ki, ifa etdiyi mahnı birdən-birə ərsəyə gəlməyib.



“Mahnı bir günə və ya bir həftəyə yaranmayıb. Bunu yaratmaq üçün uzun illər axtarışda olmuşam, söhbətlər etmişəm, çox şeyləri araşdırmışam. Musiqi, insanlar, cəmiyyətdə onların keçmişləri, gələcəkləri, hisləri, qayğıları haqqında uzun müddət düşünmüşəm. Belə bir mahnını ona görə ifa etdim ki, insanların özlərinə uyğun olmayan, vərdiş etmədiyi danışığı, ləhcəni eşidəndə gülməsinlər. Lağ edib zarafatlaşmasınlar. O insanlara qulaq asıb, mahiyyətini anlasınlar, başa düşsünlər. Bu mahnıya da qulaq asan gülür, gülümsəyir. Elə bilir ki, zarafatdır. Əslində “Ayə, harayə gedirsən?” çox dərin fəlsəfi sualdır ki, cəmiyyətin primitiv hesab etdiyi insanlar dərin fəlsəfi suala cavab axtarırılar. Və ya axtarış yolundadırlar. Digər insanlar isə gördükləri mənzərənin mahiyyətinə varmadan gülməyə başlayırlar”. 



V.Rzasoy deyib ki, hansı ləhcə və necə danışmasından aslı olmayaraq, əslində primitiv gördüyünüz və güldüyünüz insanların içi dərin və zəngindir. 



"Məqsədim məişət səviyyəsində adlandırılan, cəmiyyətdə olmaq və o səviyyədə görünən insanın daxilindəki dəyəri izah etməkdir. Mahnının bu səviyyədə olması mənə xoşdur. Bəlkə də mahnının yadda qalan olması onun ləhcə ilə oxunması deyil, müraciət formasıdır”. 



Əslən Naxçıvandan olduğunu deyən ifaçı növbəti mahnısını həmin bölgənin ləhcəsi ilə oxuyacağını söyləyib: “Növbəti işim Naxçıvan ləhcəsində olacaq. Niyə də olmasın? Mən Baltikyanı ölkələrdə konsertlər vermişəm. Xarici prodüsserlə çalışıram. Düşünürəm ki, növbəti xarici konsertlərimdə bu mahnını həmin ölkələrdə öz dilimizdə oxuyacağam, tərcümə etməyəcəyəm. İfamın AzTV-də verilməməsinə görə, narahat deyiləm. İfamın efirə getməyəcəyini deməmişdilər”.

Teqlər:
Bu xəbər cəmi 5935 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR