Məşhur Argentina və italiyalı bəstəkar və pianoçu Luis Enrikes Bakalov 85 yaşında dünyasını dəyişib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.
Məlumata əsasən, bəstəkarın Romada "San Filippo Neri" xəstəxanasında ürəyində yaranan problemlə bağlı yatdığı və orada vəfat etdiyi bildirilib.
Luis Enrike Bakalov öz kino işləri ilə məşhurdur. O, 1996-cı ildə "Poştalyon" filminə görə "Ən yaxşı film musiqisi" nominasiyasında "Oskar" mükafatına layiq görülüb.