Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

QƏRBİ AZƏRBAYCAN PARTİYASININ YARADILMASI REALLIĞA ÇEVRİLİR

QƏRBİ AZƏRBAYCAN PARTİYASININ YARADILMASI REALLIĞA ÇEVRİLİR
Dünya Azərbaycanlıları Konqresi tərkibində fəaliyyət göstərən «Qərbi Azərbaycana-İrəvan Xanlığı torpaqlarına dönüş» İctimai Birliyinin rəhbəri Səməndər Çaxmaqlı Qərbi Azərbaycan Partiyasının yaradılması ilə bağlı müsahibə verib. Yenimeydan.info həmin müsahibəni təqdim edir:


-Səməndər müəllim, Qərbi Azərbaycan Partiyasının yaradılması təşəbbüsünün reallığa çevrilməyi barədə fikirlər geniş yayılmaqdadır. Təşəbbüs qrupunun üzvü kimi bu məsələ barədə fikirlərinizi bilmək istərdik.



-Əvvəla, onu qeyd edim ki, bu partiya 25 il bundan əvvəl yaradılmalı idi. Yadınıza salım ki, təxminən son iki əsr ərzində Qərbi Azərbaycan – İrəvan Xanlığı torpaqlarında, 29,8 min kv.kilometr ərazidə Rus qoşunları və erməni quldur dəstələri tərəfindən 3 milyona yaxın Azərbaycan türkləri məcburi surətdə, zorakılıq yolu ilə dədə- baba yurdlarından qovulmuş, deportasiya olunmuş, dini və etnik mənsubiyyətinə görə soyqırımlara məruz qalmış, mülki əhalinin bütün əmlakları talan edilmişdir. Bu dəhşətli fajciələrin sonu 1988-1989-cu illərdə başa çatdı. Son 250 min Azərbaycan türklərinin dədə-baba yurdlarından qovulması bütün dünyanın gözü qarşısında baş verdi. Təəssüf ki, bizə yaxın olan dövlətlərin və onların rəhbərlərinin seyrçi mövqeyi ilə İrəvan Xanlığı torpaqları tamamilə işğal edildi. Hələ o zaman təşkilatlanmış güclü bir siyasi qurumun yaradılması Vətənini, yurd-yuvasını itirmiş bu insanların hüquqlarının bərpası uğrunda ciddi mübarizə aparılsaydı, bəlkə də sonralar Qarabağ torpaqları işğal edilməzdi.



-Yeni yaradılacaq bu partiyanın məqsəd və məramı nədən ibarət olacaq?



 -Qərbi Azərbaycan Partiyası(bu ad hələlik şərti addır) heç bir siyasi qurumlara və siyasi proseslərə qoşulmayacaq. Partiyanın əsas məqsəd və məramı işğal edilmiş bütün Azərbaycan torpaqlarının işğaldan azad edilməsi yolunda dövlətə və hğkumətə dəstək vermək, ölkənin ictimai-siyasi həyatında fəal iştirak etmək, indi «Ermənistan» adlanan dövlətin tarixi Azərbaycan torpaqları olan İrəvan Xanlığı torpaqları olduğunu sübuta yetirmək üçün Dünyanın nüfuzlu ictimai-siyasi təşkilatları ilə əlaqələri gücləndirmək və ən əsası «Ermənistan» dövlətindən ən azından Dağlıq Qarabağ Muxtar vilayətinin 4,4 min kv.kilometr ərazisi həcmində torpaq ayrılmasını, «Azərbaycan-Türk Muxtar vilayəti» statusu verilərək, 250 min məcburi qaçqının həmin torpaqlarda məskunlaşdırılması tələb olunacaqdır. Eyni zamanda gələcəkdə Dağlıq Qarabağa veriləcək hər hansı bir status «Ermənistan»da yaradılacaq muxtar vilayətə də şamil olunması tələb olunacaqdır. Bir sözlə, partiyanın əsas məqsəd və məramı dədə- baba torpaqlarımıza dönüşü təşkil etmək üçün bütün vasitələrdən istifadə edərək, axıra qədər mübarizə aparmaqdır.



Yeri gəlmişkən, bu yaxınlarda keçirdiyimiz tədbirdə «Qərbi Azərbaycanlılar muxtariyyat tələb edirlər» adlı bəyanat qəbul edildi, sosial şəbəkələrdə və rus-erməni- ingilis dillərində yayımlandı. Bu bəyanat erməni ictimai-siyasi dairələrində müzakirə mövzusuna çevrilmiş və pozitiv fikirlər səslənmişdir. Bu, belə də olmalı idi. Çünki bu gün Rusiyanın bir quberniyasına, hərbi poliqonuna çevrilmiş «Ermənistan»dövlətinin əli hər yerdən üzülmüş, çıxılmaz vəziyyətdə qalmışdır. Belə acınacaqlı günlərdə Sovet dönəmində bütün Ermənistanı kənd təsərrüfatı məhsulları ilə təmin edən azərbaycan türklərinin yoxluğu yada düşmüşdür, hətta bir neçə erməni saytında azərbaycan türkləri ilə birlikdə yaşamağı hər şeydən üstün saydıqlarını bildirmişlər. Bu erməni xisləti olsa da, belə məqamlardan istifadə etmək lazımdır.



-Kimlərin partiya üzvü olacağını nəzərdə tutmuşunuz?



Milliyyətindən, irqindən, dini və siyasi baxışından asılı olmayaraq bütün Azərbaycan vətəndaşları partiyanın üzvü ola bilər.



-Partiyanın strukturu barədə nə deyərdiniz?



-Təxmini olaraq partiyanın İrəvan, Göyçə, Vedibasar, Ağbaba-Şörəil, Dərələyəz, Zəngəzur, Zəngibasar və s.mahal təşkilatlarının yaradılması və bu təşkilatların tərkibində Ağsaqqallar, Qadınlar və Gənclər Birliyinin fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur.



-Yeni siyasi partiyanın yaradılması siyasi dairələrdə birmənalı qarşılanmır. Qərbi Azərbaycan Partiyasını da regionçuluqda ittiham edirlər…



– Azərbaycanda 55 siyasi partiya dövlət qeydiyyatına alınmışdır. Bu partiyalardan yalnız 8-9-u siyasi partiya kimi mövcuddur və fəaliyyətləri nəzərə çarpır. YAP-dan savayı, 8 partiyanın hamısında regionçuluq meylləri daha çox üstünlük təşkil edir. Digər 36 siyasi partiyanın hamısının üzvlərinin sayı 2-3 nəfərdən ibarətdir. Bu partiyalarda hansı regionçuluğu axtarmaq olar? Belə partiyaların ləğv edilməsinin vaxtı çoxdan çatmışdır. Onların hamısı «əldə etdikləri» dairəvi möhürlə, yalnız saxtakarlıqla məşğuldurlar. Bu partiyalar hansı meyarlara görə rəsmi qeydiyyata alınmışdır?! Bunu araşdırmaq lazımdır.



-Partiyanın formalaşmasında və gələcək uğurlu fəaliyyətində hansı qurumlardan və kimlərdən kömək gözləyirsiniz?



– Azərbaycan dövlətindən, hökumətindən, xalqından, bizim aparacağımız mübarizənin və siyasətimizin səmimiyyətinə inanan, xüsusən, Qərbi azərbaycanlılardan, bizə rəğbət bəsləyən ictimai-siyasi qurumlardan kömək gözləyirik.



Hələ atacağımız bu addımlara başlamamış qarşımıza kötük itələyən xəbis xislətli bəzi məmurlara bildirmək istəyirəm ki, qərbi azərbaycanlılar Azərbaycan dövlətçiliyinin qorunmasında, dövlətimizin sosial-iqtisadi inkişafında, ictimai-siyasi həyatında həmişə iştirak etmiş, etibar və sədaqətlərini heç vaxt itirməmişlər. Bu, ondan irəli gəlir ki, iki əsrə yaxın bir dövrdə tarixi düşmənlərimizin hərtərəfli təzyiqlərinə baxmayaraq, din içində dinlərini, dil içində dillərini, türk dünyasına məxsus milli-mənəvi dəyərlərini qoruyub saxlamış və daim mübarizə aparmışlar.



Yeri gəlmişkən, «Qərbi Azərbaycana-İrəvan torpaqlarına Dönüş» İctimai Birliyi 9 ildir fəaliyyət göstərir. (əvvəlki adı Qərbi Azərbaycan Nümayəndəliyi idi) Bu müddət ərzində 7 dəfə dövlət qeydiyyatına alınmaq üçün aidiyyatı qurumlara müraciət etmişik və hamısında imtina cavabı almışıq. Bu cür münasibət Qərbi Azərbaycanla bağlı bütün İctimai Birliklərə və s. təşkilatlara eyni olmuşdür. Aidiyyatı qurumlar dərk etməlidirlər ki, Qərbi Azərbaycan torpaqları ilə bağlı siyasi fikirləri ilk dəfə ölkə prezidenti İ.Əliyev ortaya atmışdır. Biz bu ideyaları həyata keçirmək istəyirik. Belə çıxır ki, bəzi qudurğan dövlət məmurları ölkə prezidentinin qarşıya qoyduğu bu vacib məsələni də qulaqardına vururlar. Bu məsələnin həlli ilə bağlı həmin məmurlar yaxşı-yaxşı fikirləşməlidirlər ki, biz nə istəyirik? Biz yalnız və yalnız dədə-baba yurdlarımıza qayıtmaq uğrunda mübarizə aparırıq. O torpaqlar bizimdir. Bu gün minlərdə QHT-lər kimə və nəyə lazımdır? Onların bir çoxu xarici ölkələrdə məskən salıb Azərbaycan dövlətinə qarşı xəyanətkarlıqla məşğuldurlar. Güman edirik ki, gələcəkdə Qərbi Azərbaycanla bağlı olan ictimai birliklərə və təşkilatlara qarşı neqativ münasibətlər Qərbi Azərbaycan Partiyasına qarşı da olmayacaq, bu partiya 56-cı siyasi partiya kimi qeydiyyata alınacaq və qarşıya qoyduğumuz planları həyata keçirəcəyik.



– Sizə uğurlar arzulayırıq.



Qələmə aldı: DAK müxbiri  ŞƏFƏQ  QULUSOY



18492422_1354872461216013_1077068387_n ssss1


Teqlər:
Bu xəbər cəmi 4530 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR