Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Beşikdən qəbrə qonaqlıq

Beşikdən qəbrə qonaqlıq
Tural Hüseynli


İnsan həyatı çox keşməkeşli olur. Doğulanda ağlasaq da, ömrümüz boyunca xoşbəxt olmağa can atırıq.Bununla da qalmırıq, xoşbəxt olduğumuz hər anı , bizə xoşbəxt hiss elətdirəcək hər hadisəni ölümsüzləşdirməyə çalışırıq.



Doğulanda bir qonaqlıq , ilk doğum günü daha bir qonaqlıq, məktəbə gedəndə növbəti qonaqlıq…Beləcə beşikdən qəbrə qədər qonaqlıqlar davam edir.Əgər uşaq oğlandırsa , ikiqat qonaqlıq var deməkdir.Bunun kiçik toyu var,hansı ki, lazımsız ət parçasının kəsilməsi üçün o boyda təmtəraq təşkil olunur.Hələ universitetə qəbul olması var, hansı ki, burada qeyri-adi bir şey olmadığı halda, bu hadisə də təmtəraqla qeyd olunur.Hələ hərbi xidmətə getmək də bir ayrı qeyd olunur. Gələk bunun toy məclisinə…    Nişana  bir xərc, zinət əşyaları üçün əlavə xərc, toy üçün daha bir xərc …



Qocaldıqca doğum günü yubileylərinin qeyd olunması və insanın ölümü… Öləndə də necə yas verilirsə, elə bil, yenə yeyib-içməyə yığışıblar. Yas yerində verilən ehsanlara meyvədən tutmuş,konfet- şokolada qədər rast gəlmək mümkündür. Sanki mərhumun ölümü üçün qonaqlıq əhd ediblərmiş kimi…



Bütün bunlar bizim cəmiyyətdə xəstəlik kimi yayılıb. Ən qorxulu virus kimi çöküb bütün varlığımıza… İllər, hətta əsrlərdir ki, canımızı qurtara bilmirik bu virusdan. Özünü göstərmək ,mənəmlik , şöhrətpərəstlik yaxamızdan düşmür.Qonşuya baxıb , özünü oda yaxanlarıq biz … Filankəsdən daha təmtəraqlı toyumuz olmalıdır, bəhmənkəsdən daha  yaxşı yasımız olmalıdır…



Bunları ailə daxilində qeyd eləmək daha gözəldir , ictimailşdirməyə ehtiyac yoxdur. Hər kəs öz həyatını yaşamalı və digərinə görə həyatını qurmamalıdır. Əksəriyyət də əslində bunları etmək istəmir.Sadəcə “camaat nə deyər?!” deyə buna özlərini məcbur hiss edirlər.Əks halda, kompleks edirlər. İstər varlı olsun, istərsə də kasıb…



Bu cür lazımsız ,artıq olan hadisələr səmimiyyəti də aradan götürür.İnsanlari cilddən-cildə girməyə sövq edir.İnsanlar cılızlaşır…



İnsan xoşbəxt gününü ən əzizləri , ən doğmaları ilə qeyd edər…etmək istər.Daha qonşudan geri qalmamaq üçün cibinə baxmadan , bunu ürəkdən istəmədən, yaxud da maddi səbəblərdən dolayı insanları yığıb heç o məclisin ləzzətini görmədən orada özünü hətta qonaq kimi hiss etmək nəyə lazımdır axı?!



Xoşbəxt olun, ancaq bu gözəl duyğunu yalnız  ən doğmalarınızla paylaşın. Özünüz olun.Onda doğrudan da xoşbəxt olduğunuzu dibinə qədər hiss edəcəksiniz.


Teqlər:
Bu xəbər cəmi 3735 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR