Azərbaycan milllisinin sabiq baş məşqçisi Robert Prosineçkinin yeni iş yeri müəyyənləşmək üzrədir.
“Qafqazinfo” Sportal-a istinadən xəbər verir ki, dekabrın əvvəlində AFFA ilə müqaviləsi başa çatacaq xorvatiyalı mütəxəssis Sloveniyada çalışacaq.
Onun bu ölkənin milli komandasının “sükanı arxası”na keçəcəyi gözləniləndir.
48 yaşlı mütəxəssis məsələ ilə bağlı ölkəsinin mətbuatına da açıqlama verib:
“Qızım Bakıda təhsil aldığı üçün hələlik Azəbaycandayam. Dekabrın 15-ə qədər bu ölkədə olacağıq. İndi Azərbaycan millisi ilə sənədləşmə işlərini yekunlaşdırmaq üzrəyik. Mən hazırda işsiz deyiləm (gülür)”.
Prsosineçki Sloveniya millisinin baş məşqçisi təyin olunacağı ilə bağlı suala belə cavab verib:
“Bəli, doğrudur. Önümüzdəki həftə danışıqlara start verəcəyik. Daha sonra Sloveniya Futbol Federasiyasının prezidenti ilə görüşüm olacaq”.
Qeyd edək ki, xorvatiyalı mütəxəssis 2014-cü ildən millimizdə çalışırdı.