Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda baş tutan Bakı-Tiflis-Qars dəmiryolunun açılışında maraqlı addım atıb.
“Yenimeydan.info” xəbər verir ki, ölkədə bütün açılış mərasimlərində qırmızı lenti və qayçını xatirə olaraq götürən Ərdoğan bu dəfə də ənənəsini davam etdirib.
Belə ki, türk lider BTQ dəmiryol xəttini mismarlayarkən istifadə etdiyi çəkici Türkiyəyə aparıb.