Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Qarabağ”ın fanat problemi... - “Onlar azarkeş yox, tamaşaçıdır”

“Qarabağ”ın fanat problemi... - “Onlar azarkeş yox, tamaşaçıdır”


Bir neçə gündür ki, Türkiyənin məşhur “Sabah” qəzetindəki köşə yazısında “Qarabağ”lı fanatların “əzik” adlandırılıraq təhqir edilməsi müzakirələrə səbəb olub. 



Sözügedən hadisə həm Azərbaycanda, həm də Türkiyədə etirazla qarşılanıb və dünən Türkiyə Superliqasında azarkeşlər “Qarabağ”a dəstək olaraq bir neçə pankartdan istifadə ediblər.





Sosial şəbəkələrdə hər qarşılaşmadan  əvvəl və ya sonra “Qarabağ”ın oyunları ciddi müzakirə olunur. Bəs, fanatlarımız necədir? Onları “Qarabağ”ın ÇL-in qrup mərhələsindəki oyunlarına hazır hesab etmək olar?



“Qarabağ”ın Bakıda baş tutan “Roma” və “Atletiko” ilə oyunlarına nəzər salsaq yerli fanatların xüsusi dəstəyinə şahid olmadıq. Elə ispan təmsilçisi ilə oyunda Bakı Olimpiya Stadionunda 60 mindən çox izləyicinin olduğu bildirilsə də, özəl olaraq heç nə ilə fərqlənmədilər. Nə fan-klub şəklində, nə də qrup halında nəzərə çarpacaq bir şeylə yadda qaldılar.



"Qarabağ" - "Roma" oyunu





Əlbəttə, oyunu izləməyə gələnlərin hamısı klubun fanatı deyildi. Lakin “Qarabağ”ın fanatları təkcə ÇL-də deyil, Premyer Liqada da passivdirlər. Buna bir neçə dəfə şahidi olmuşuq. Komanda UEFA Çempionlar Liqasının qrup mərhələsinə düşüb bütün qitənin diqqətini özünə çəksə də, azarkeşlər hava limanında komandanı çox quru şəkildə qarşılayıblar.



Danimarkadakı “Kopenhagen”lə ağır oyundan qayıdan Qurban Qurbanovun yetirmələri cəmi  2 gün sonra çempionatda “Qəbələ” ilə çox vacib matça çıxmışdı. Yenə də medianın gözlədiyi kimi bu matçda da anşlaq olmadı və heç bir şəkildə komandanın uğuru tribunalara yansımadı. Ən azından bir pankart belə açılmadı...





“İmarət Tayfa” azad azarkeş qrupunun üzvü Samir Məmmədov passiv olmalarını belə izah edib:



“Öncə onu qeyd edim ki, hər kəsin də bildiyi kimi “İmarət”  azad azarkeş qrupu həmişə “Qarabağ”ın ən böyük dəstəkçisi olub və olacaq. Bizim oyunda hər hansı bir kareoqrafiya etməməyimiz  “Qarabağ” sevgiimizin zərrə də olsun azalmasını göstərmir. Sadəcə “İmarət” azad azarkeş qrupu olduğundan  maddi dəstək görmür və bunu biz özümüz də qətiyyən istəmirik. Çünkü azarkeşlik içdən gələn bir sevgidir, hər hansı bir maddi qarşılığı yoxdur. Bəli, razıyam ki, bu tarixi uğur qarşısında hələki heçnə edilməyib. Amma bu ediməyəcək anlamına da gəlmir. Bu ərəfələrdə maddi sıxıntılar hər kəs kimi bizdə də özünü biruzə verir. Bir də oyunların BOS da keçirilməsi olacaq hər hansı pankart və ya kareoqrafiyanın qiymətini dəfələrlə artırır. Xatırladım ki, “İmarət” azad azarkeş qrupunun Bakı qolu “İmarət Tayf”a olaraq biz bu il “Qarabağ”ın bütün avropa oyunlarında, ən azı 5-10 nəfərlə iştirak etmişik. Bunlar hamısı daxili hesablarla edilib. Əlbəttə başa düşürük “Qarabağ”ın ən böyük azarkeş qrupu olaraq “İmarət Tayfa”dan hər kəs daha çox şey gözləyir. Biz əlimizdən gəldiyi qədər nəsə etməyə çalışırıq. Sonda “Qarabağ” sevənləri “Çelsi” ilə oyuna dəvət edirəm. Gəlin 70 minlik stadionu doldurun və tarixə şahid olun”.



Futbolinfo.az saytının redaktoru Vüsal Mahmudov da məsələyə münasibət bildirib:



“Zorla gözəllik olmaz. Heç kim buna məcbur deyil. Klublarımız bir-birinə dəstək olsa, lap yaxşı. Amma onlar həm də rəqibdi. Mən kimisə qınamağın əleyhinəyəm. Olsa, lap yaxşı, olmayıbsa da, faciə deyil. İstənilən halda, azarkeşlərlə bağlı daha yaxşı iş aparmaq olar. Məlum kareoqrafiya qalmaqalını yada salın. Əksər Türkiyə klubları o məsələdə "Qarabağ"a dəstək oldu. Azərbaycanda hansısa klubdan belə dəstək gördükmü? Çox böyülməliyik, çox... 



“Qol.az” saytının baş redaktoru Aydın Bağırov “Qarabağ”ın azarkeş sarıdan çox ciddi probleminin olduğunu qeyd edib:



“ Avrokuboklarda oyunlara gələn 40-50 min nəfər azarkeş yox, tamaşaçıdır. “Qarabağ”ın əsl azarkeşləri isə 500-1000 civarındadır və biz onları hər dəfə Premyer Liqanın oyunlarında görə bilirik. Bununla bağlı yetərincə danışılıb və yazılıb. İstəməzdim bu problemin üzərində yenidən dayanım. Pankart və xareoqrafiyə gəlincə, son günlər bu məsələ çox gündəmə gətirilir. Biz unutmamalıyıq ki, klub miqyasında nəhəng yarışda addımlarımızı hələ indi-indi atırıq. Hər şey yavaş-yavaş olur. İnanmaq istərdim ki, bir zamanlar bizdə də uğurlu xareoqrafiyə rast gələcəyik. Amma bunun üçün birinci növbədə ölkədə normal futbol olmalıdı, “Qarabağ”ın daxili çempionatdakı oyununu 500-1000 azarkeş deyil, heç olmasa 10-15 min azarkeş izləməlidi. Onda azarkeşlərimiz bu məsələdə də inkişaf etməyə başlayacaq və öz yaradıcılıqlarını ortaya qoyacaqlar”.


Teqlər:
Bu xəbər cəmi 6435 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR