Bu gün 2018-ci il dünya çempionatının qrup mərhələsinin Avropa zonasında qrup mərhələsinin oyunlarına yekun olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında dördüncü divizionda çıxış edəcək.
Millətlər Liqasında 55 Avropa yığması çıxış edəcək, onlar dörd diviziona bölünəcək (A, B, C, D). Hər divizionda 4 qrup olacaq, onların püşkü yanvarın 24-də Lozanna şəhərində keçiriləcək.
Qrupların tərkibi:
A divizionu:
Almaniya, Portuqaliya, İspaniya, Belçika, İngiltərə, Fransa, İsveçrə, İtaliya, Polşa, İslandiya, Xorvatiya və Niderland. Divizion 4 qrupdan ibarət olacaq.
B divizionu:
Avstirya, Uels, Russiya, Slovakiya, Ukrayna, İrlandiya, İsveç, Şimali İrlandiya, Danimarka, Bosniya və Herseqovina, Çexiya və Türkiyə. Divizion 4 qrupdan ibarət olacaq.
C divizionu:
Rumıniya, Şotlandiya, Sloveniya, Macarıstan, Serbiya, Albaniya, Norveç, Yunanıstan, Monteneqro, İsrail, Bolqarıstan, Finlandiya, Kipr, Estoniya və Litva. Divizionda 3 komandadan ibarət bir qrup və 4 komandada ibarət 3 qrup olacaq.
D divizionu:
Azərbaycan, Makedoniya, Gürcüstan, Belarus, Ermənistan, Qazaxıstan, Moldova, Latviya, Lüksemburq, Farer Adaları, Lixtenşteyn, Malta, Andorra, San-Marino, Cəbəllüttariq və Kosovo. Divizion 4 qrupdan ibarət olacaq.
Qeyd edək ki, turnirə 2018-ci ilin sentyabrında start veriləcək, onun qalibi isə 2019-cu ilin iyun ayında məlum olacaq.