2024-cü il Olimpiya Oyunlarının Parisdə keçirilməsi dəqiqləşib.
“Qafqazinfo” xəbər verir ki, buna digər namizəd şəhər Los Ancelesin müraciəti səbəb olub.
Los Ancelesin Olimpiya və Paralimpiya Namizəd Komitəsi daha uzunmüddətli planları olduğunu əsas gətirərək təşkilatçılığı 2028-ci ildə etmək istəyiblər. Buna görə də ev sahibliyi üçün namizəd yalnız Paris qalıb.
Qeyd edək ki, Olimpiada-2024-ün ev sahibi bu il sentyabrın 13-də BOK-un Limadakı sessiyasında rəsmi elan olunacaq.