Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

AzTV sərgüzəştləri-4

AzTV sərgüzəştləri-4


Modern.az saytı vaxtilə Azərbaycan Televiziyasında çalışmış jurnalist Mahir Qabiloğlunun “AzTV sərgüzəştləri” adlı silsilə yazılarının təqdimatını davam etdirir.  Bu yazılar “AzTV-nin mətbəxi”ndə baş vermiş və əksəriyyətimizin bilmədiyi gerçək, maraqlı hadisələrin təsviridir. Beləliklə,



“Şeyxin o boyda səfərindən yadında qalan təkcə blinçik olub?”



Qafqaz Müsəlmanları İdarəsi Dağıstanın Mahaçqala və Dərbənd şəhərlərində nümayəndəliyini açırdı. Bu münasibətlə Şeyxülislam Hacı Allahşükür Paşazadə böyük heyətlə nümayəndələrini təqdim etmək üçün səfərə çıxmışdı. Bu əlamətdar hadisəni “Xəbərlər”dən mən və operator Əliağa işıqlandırırdıq. Yola çıxmağımızı gördük, 80 kilometr getmişdik ki, maşın karvanı bir restoranın qabağında dayandı. Nahar yedik. Rusiya sərhədinə çatanacan Şeyxülislam Həzrətləri bu minvalla karvanı iki dəfə də saxlatdı. Hamımıza qarşı çox diqqətli idi. Halımızı, əhvalımızı soruşurdu. Yeməyimizə isə xüsusi diqqət yetirirdi.



Nə isə, gəlib çıxdıq Mahaçqalaya. Gecəni Kaspiysk şəhərində dəniz qırağındakı mehmanxanada qaldıq. Səhər otelin restoranında gözəl səhər yeməyi verirdilər. Gün ərzində tədbirlər keçirildi, çəkilişlərimizi apardıq. Şeyxülislamın şərəfinə ziyafətlər də öz yerində. Ona olan böyük hörmət-ehtiramı gözümlə görmək mənə çox xoş idi. İki gündən sonra Bakıya  qayıtdıq. Səhəri işə gəldim. Əlimdə 4 kasetlik materialla baş redaktorun müavini Mülatif müəllimin otağına girdim. Soruşdu ki, 3 günlük səfər necə keçdi?



- Mülatif müəllim, əla keçdi. Düz sərhədəcən Şeyxülislam Həzrətləri üç yerdə bizə qonaqlıq verdi. Səhər isə Kaspiysk otelində qəşəng səhər yeməyi təşkil etmişdilər. Qaymaq, kəsmikli blinçik, bal, çay, kakao, bulki, aladi – day nələr, nələr. Sonra deputat Xarxarov Şeyxin şərəfinə ziyafət verdi. Dərbənddə isə Seyid Camaloviç (Qurbanov) böyük ziyafət təşkil eləmişdi. Əla keçdi. Gələn dəfə də belə səfər olsa, məni salarsan dəstəyə. Şeyxin gözəl yol yoldaşlığı var.



- Mahir, hələ bu?



- Hə...



- İndi deyirsən ki, o boyda səfərdən sənin yadında bircə dənə  blinçik qalıb?



Mülatif müəllimin  sualını düzgün başa düşməmişdim. Səfər çərçivəsində Şeyxülislam Həzrətləri Dağıstanın rəhbəri Maqomedəli Maqomedovla, şair Rəsul Həmzətovla, Dərbəndin meriylə, Azərbaycan icmasının nümayəndələriylə, dindarlarla və digər görüşlər keçirmişdi. Mən də onlardan bəzi müsahibələr almışdım. Üst-üstə 4 kaset material idi. Demə Mülatif müəllim bunları soruşurmuş.



Adları çaş-baş salan vaxtımız da olurdu...



Təsəvvür edin günə 2-3 çəkilişə gedirdik. Adlar yox, əsasən familiyalarda səhvlərə yol verirdik. Müsahibin adı İradə olanda, çaşıb müğənni İradənin familiyasın -  İbrahimova yazırdıq. Hətta diktorlarımızdan biri canlı efirdə Gürcüstan prezidenti Şevardnadze yerinə Şvarsnegger də demişdi. Növbəti belə səhvlərdən birini də mən etdim. Arif adlı, artıq dostlaşdığım birindən müsahibə almışdım. Kompüterçi də onun familiyasını səhv yazmışdı. Mənim isə nəzərimdən qaçmışdı. Material 17.00 “Xəbərlər”ində efirə gedəndən sonra zəng elədi:



- Mahir, biabır etdin məni.



- Nə olub ki?



- Nə olacaq? Familiyamı səhv yazmısan.



- Ola bilməz!



- Necə yəni ola bilməz? Biabır olmuşam.



- Arif, sən Allah bağışla, yəqin texniki səhv olub. 20.00 “Xəbərlər”inə düzəldərəm.



- Nəyi düzəldəcəksən? Atamgilə hay vurmuşdum ki, “televizora baxın. Məni göstərəcəklər”.



- Nə olsun ki?



- Necə “nə olsun ki?” Atamgil də kənddə hamıya car çəkiblər ki, bəs oğlumuzu televizorda göstərəcəklər. İndi də hamısı bir-bir zəng edib mənimlə məzələnir.



- Arif, problem yoxdur. 8 xəbərlərinə düzəldərəm səhvimi.



- Mahir, məzələnirlər e mənimlə... Deyirlər ki,  “Arif,  familiyanı niyə  dəyişibsən. Ərə getmisən?” Bütün kənddə biabır olmuşam. Nəyi düzəldəcəksən?



“Türk şirkəti Azərbaycanı dağıdır”





Çay satışıyla bağlı bir türk şirkətindən reklam süjeti vermişdik. Pulunu isə material efirə gedəndən sonra ödəməyə söz vermişdilər. Gəldik şirkətə. Bu işlərə məsul türk qardaşımızın yanına. Zəng elədi mühasibata ki, bəs sənədləri və pulu gətirin. Amma qırımından belə başa düşdük ki, nəsə sözündən qaçmaq istəyir. Axı, material artıq efirə gedib.



10 dəqiqə, yarım saat, 45 dəqiqə... Gördük ki, mühasibatlıqdan səs çıxmır. Həmin adam satış müdiri idi. Başının üstündə də bir yazı vardı: “......” dağıtım şirketi. Bizim dildə dağıtmaq pis mənada səslənsə də, türkcədə bu malları ticarət şəbəkələrinə paylamaq anlamında işlənirdi.



Həmkarım Akif Məcidoğlu mənə göz vurdu ki, məsələ qəlizdir. Bəs, başla. Türk qardaşıma bir sual verdim:



- O gün qəzetdə yazmışdılar ki, Sizin şirkət Azərbaycanı dağıdır.



- Ola bilməz. Hansı qəzetdə? Səhv yazıblar. Deyin onları məhkəməyə verək.



- Düz yazıblar, əfəndim. İstəyirsiniz, bunu mən də sübut edə bilərəm. Özü də indi.



Əsəbiləşmiş və pörtmüş vəziyyətdə  gözlərini üzümə dikən türk biznesmen:



- Sübut edin!



Əlimi başının üstündə asılan lövhəyə uzadıb:



- Baxın! Özünüz də bunu yazıb divara yapışdırmısınız. “.....” Dağıtım Şirketi.



Biznesmen o saat başa düşdü ki, məsələ nə yerdədir.  Ardınca “dövlət dilimizə şirkətiniz tərəfindən niyə hörmətlə yanaşılmır?”, “Türkiyədə belə olsaydı, hansı cəza verərdilər?” və sairə suallar gələ bilər.  Necə deyərlər daş qayaya rast gəlib. Bizi çətin ki, aldada. Reklamın pulunu siyirtmədən çıxarıb bizə uzadaraq:



- Xahiş edirəm gedin. Siz jurnalistlər çox xatalı adamsınız.



"Natiq müəllim, indi özünüz seçin!"



Heç kimə sirr deyil ki, yay vaxtları bütün sahələrdə sanki bir süstlük olur. Orta, ali məktəblər yay tətilinə bağlanır, istirahətə gedənlərin sayı çoxalır. Amma bunun mətbuata heç dəxli olmur. Xüsusilə də televiziyaların informasiya proqramlarına. AzTV-nin “Xəbərlər”i də o cümlədən. Səhər, günorta, axşam, gecə 10 dəqiqə, saat 20-də isə minimum yarım saatlıq buraxılış hökmən efirə getməliydi. İstəyir yay olsun, istəyir bayram.



İnformasiya qıtlığından əziyyət çəkirdik. Belə günlərin birində süjet axtarışıyla gəldik çıxdıq Suraxanı rayonuna. Həmkarım Akif Məcidoğlu dedi ki, icra başçısı Natiq Mehdiyev yaxşı oğlandır, bizə kömək edər. Gedək onun yanına.



Həmişə icra başçıları AzTV sədrinin adına məktub ünvanlayandan, üstünə dərkənar qoyulandan, üstəlik çəkiliş qrupunun dalınca maşın göndəriləndən sonra süjet meydana gəlirdi. Bu dəfə isə özümüz öz ayağımızla, bu boyda yolu basa-basa gəlmişdik Suraxanıya. İndi Natiq müəllimə fikrimizi necə deyək ki, həm imicimizi itirməyək, həm də geriyə süjetlə qayıdaq. Axır ki, yolun tapdıq.



Daxil olduq İcra Hakimiyyətinə. Natiq müəllim bizi mehribanlıqla qarşıladı. Bir az məəttəl də qaldı ki, bunlardan nə əcəb?! Çay gətizdirdi:



- Akif müəllim, xeyir ola. Nə sözünüz, qulluğunuz.



Akif əvvəldən danışdığımız kimi:



- Natiq müəllim, Sizin bir məsləhətinizə ehtiyacımız var, gəldik onu öyrənməyə.



- Buyur.



- Bu axşam bizim “Xəbərlər” proqramının 20.00 buraxılışında Suraxanı rayonundan efirə iki süjet getməlidir. Ya tənqid, ya tərif. İndi özünüz seçin. Nə məsləhət görərdiniz?



Natiq müəllim arif adam idi. Bizim bu incə yumorumuzu başa düşdü. Gülüşdük. İşçilərinə müvafiq göstərişlərini verdi.



Həmin axşam “Xəbərlər” proqramında Suraxanıyla bağlı iki süjet getdi. Həm bizim işimiz düzəldi, həm də Suraxanı rayonunda gedən mütəmadi quruculuq işləri efirdə hamıya göstərildi.


Teqlər:
Bu xəbər cəmi 4430 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR