Məşhur qəhvə şirkəti “Starbucks” dünyada fəaliyyət göstərən bütün restoranlarında qaçqınları işə götürəcək.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, şirkətdən verilən açıqlamaya görə, 2022-ci ilə qədər Avropadakı şəbəkələrində 2500 qaçqın işlə təmin olunacaq.
Şirkətin qaçqınlarla iş proqramı çərçivəsində həyata keçirdiyi layihədə dünya üzrə ümumilikdə 10 min qaçqına iş verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, bu layihə heç də birmənalı qarşılanmır. Belə ki, işsizliyin yüksək olduğu ölkələrdə işsiz təbəqə xüsusilə qaçqınlara iş verilməsinin əleyhinədir.