O qucağa sığınmağın həvəsi xoş!
Gəlişinə qurban sənin, gözəl ölüm...
Bir az möhlət istəyirəm –
İstəmirəm nə ayları, nə illəri...
Bircə saat istəyirəm,
Bircə saat...
anam üçün...
Bu bir saat bəs eləyər,
deyim Ona:
Ana, səni mən hamıdan çox istədim!
Mənə görə kədərlənmə, gözlərinə qurban sənin!
üzündəki qırışlara,
İllər boyu
baş qoyduğum
dizlərinə qurban sənin!
Məni evdə, ocaqda bil...
Məni heç vaxt məzarda yox, qucaqda bil...
o qucağın istisi xoş, nəfəsi xoş,
o qucağa sığınmağın həvəsi xoş!
bu bir ana qucağıdır,
bu bir Tanrı ocağıdır
Ocağına qurban sənin,
Qucağına qurban sənin!
7 may 2013-cü il
//kulis.az//