Əvvəlcə qeyd etmək istərdim ki, mənim bu yazını qələmə almaqda məqsədim heç də buzlaqlarm əriməsi və təbii zonalar haqqında məlumat vermək deyil. Həmin mövzuda hörmətli alimlərin istənilən qədər maraqlı yazıları vardır. Həmin yazılarda Arktika, Antarktida və Qrelandiya buzlaqlarmm əriməsi və bu zaman dünya okeanmda suyun 7 m qalxması haqqmda yazılara rast gəlmək mümkündür. Bu yaxınlarda televiziya kanallarmın birində həmin mövzu ilə əlaqədar maraqlı bir verilişi diqqətlə izlədim. Həmin verilişdə dünya okeanmda suyun 7 m qalxacağı haqqmda müxtəlif məlumatlar verilirdi. Əgər belə olarsa, Yer kürəsində xeyli ərazi su altmda qalar və təbii zonalarda ciddi dəyişikliklər baş verər.
Ancaq mən tam əminliklə bildirirəm ki, dünya okeanmda suyun səviyyəsi heç vaxt 7 m qalxmayacaqdır. Səviyyədə dəyişiklik lm-dən aşağı olacaqdır. Bütün bunlar mən öyrəndiyim elmi məlumatlara əsasən gəldiyim fıkirlərdir. Bunun nə qədər doğru olduğunu gələcək göstərəcəkdir.
Təbii ki, belə bir sual ortalığa çıxır: Nə üçün Arktika, Antarktida və Qrelandiya buzları əriyərsə, dünya okeanmda suyun səviyyəsi qalxmasm? Bu sualm cavabmı əldə etdiyim elmi məlumatları və gəldiyim nəticələri hörmətli oxucularla bölüşmək istərdim. Belə bir imkan olduğu üçün hörmətli oxuculara öz minnətdarlığımı bildirirəm.
Məlumdur ki, Arktika, Antarktida və Qrelandiya buzları yer səthinin örtük buzlaqlarına aiddir. Quru səthinin 11 %-dən çoxunu örtük buzlaqları tutur. Bu isə bütün buzlaqlarm 98%-i deməkdir. Eyni zamanda, Şimal və Cənub qütb ətrafmdakı adalar da buzlarla öılülüdür. Qar xəttindən yüksəkdə yerləşən dağlarda da buzlaqlar geniş yer tutur. Buzlaqları öyrənmək üçün ayrıca elm sahəsi meydana gəlmişdir. Bu elm qlyasiologiya adlanır.
Hazırda qeyd etdiyim ərazilərdə mövcud olan örtük buzlaqları 10-12 min il əvvələ qədər davam etmiş buzlaşma dövrünün qalıqlarıdır. Həmin mərhələdə Avrasiya materikinin şimal və şimal-qərb hissələri, Şimali Amerika materikinin şimaldan başlayaraq mərkəzi hissələrinə qədər çox böyük əraziləri buzlarm altmda olmuşdur. Sonralar iqlim dəyişkənliyi ilə əlaqədar olaraq həmin ərazilərdə buzlar ərimişdir. Elmi məlumatlara əsasən söyləmək mümkündür ki, həmin dövrlərdə buzlaqların əriməsi prosesi tədricən baş vermişdir. Ümumiyyətlə qeyd etmək istərdim ki, Yer kürəsində baş verən bütün dəyişikliklər tədricən olur. Sadə sözlə desək, üzvi aləmdə, relyefdə, iqlimdə olan dəyişikliklər tədricən baş vermişdir. Ona görə də dünya okeanı suyunun səviyyəsinin 7 m qalxması mümkün deyildir. Burada yenə sual ortaya çıxır: Buzlaqlar əriyən zaman əmələ gələn su kütləsi haraya axacaqdır? Riyazi hesablamalarla sübut olunmuşdur ki, buzlaqlar əriyən zaman əmələ gələn su kütləsi dünya okeanmda suyun səviyyəsinin 7 m qalxması üçün kifayət qədərdir.
Mənim fıkrimcə, burada başqa məsələlər nəzərə almmalıdır. Bunlardan birincisi odur ki, əvvəldə qeyd etdiyim kimi, buzlaqlar birdən-birə deyil, tədricən əriyəcəkdir. Bu zaman əriyən buzun təqribən yarısı suya çevrilmədən buxar halma keçəcəkdir.
İkincisi isə ondan ibarətdir ki, dünya okeanından suyun atmosferə buxarlanması çoxalacaqdır. Buna səbəb isə havanm getdikcə istiləşməsi olacaqdır. Artıq hamıya məlumdur ki, havanm orta illik temperaturu ilbəil çoxalır. Havanın tərkibində karbon qazınm miqdarı çoxalır, hərarət yüksəlir. Ozon qatımn deşilməsi ilə əlaqədar Yer səthinə gəlib çatan ultrabənövşəyi şüalarm miqdarı çoxalır. Bütün bunlar zəncir kimi bir-birindən asılı olan məsələlərdir. Eyni zamanda qeyd etməliyəm ki, fıkrimcə, Yer kürəsinin təbiətinə təsir göstərən, lakin elmə məlum olmayan qüvvələr vardır. Lakin bütün bunların içərisində bir fakt dəqiqdir. Bu da ondan ibarətdir ki, Yer kürəsində baş verən dəyişikliklər ciddi bir qanunauyğunluğun nəticəsidir. Bu qanunauyğunluq isə birdən-birə deyil, tədricən baş verən prosesdir. Ona görə də dünya okeanmda suyun səviyyəsinin 7 m qalxması mümkün deyildir.
Buzlaqlarm əriməsinin təsiri təbii zonalarda özünü daha güclü göstərəcəkdir. Ona görə ki, buzlaqlarm əriməsi ilə Günəş istiliyi, radiasiyası və atmosfer yağmtılarmda dəyişikliklər baş verəcəkdir.
Məlumdur ki, təbii komplekslər coğrafı enlikdən asılı olaraq ekvatordan qütblərə doğru qanunauyğun dəyişirlər. Təbii komplekslər isə enlik istiqamətində uzanan təbii zonaları yaradırlar. Təbii zonanı yaradan əsas amil istilik və rütubətin nisbətidir. Təbii zonalara xarici görünüşlərinə-bitki örtüyünə görə ad verilir. Ekvatordan qütblərə doğru hərəkət etsək, aşağıdakı təbii zonaların bir-birini qanunauyğun əvəz etdiyini görərik: rütubətli həmişəyaşıl ekvatorial meşələr; dəyişkən rütubətli həmişəyaşıl meşələr; savannalar və seyrək həmişəyaşıl meşə və kolluqlar; tropik səhra və yarımsəhralar; çöl və meşə-çöllər; subtropik və mülayim qurşaqların enliyarpaq meşələri; iynəyaq^aqlı meşələr; meşə-tundra və tundra; arktik soyuq səhralar. Təbii zonalara üfüqi (enlik) zonallıq da deyilir.
Bunlar qeyd etməkdə məqsədim təbii zonanm birindən-digərinə keçidin tədricən olmasıdır. Bu zaman hər bir təbii zonaya uyğun olaraq landşaft örtüyü yaranır. Buzlaqların əriməsi ilə əlaqədar təbii zonalarm sərhədlərində dəyişiklik baş verəcəkdir. Bütün meşələrin sahəsi azalacaqdır. Savannalar tamamilə yox olacaqdır. Bitkilərdə gedən fotosintez prosesində dəyişiklik baş verəcəkdir. Fotosintez zamanı ayrılan oksigenin miqdarı azalacaqdır. Bu isə üzvi aləmin yeni quruluş qazanması ilə nəticələnəcəkdir. Yarımsəhra və səhralar genişlənəcəkdir.
Bir daha qeyd etmək istərdim ki, bütün qanunauyğunluqlar tədricən baş verən proses olacaqdır. Buzlaqlarm əriməsi ilə əlaqədar Yer səthinin relyefındə də dəyişikliklər baş verəcəkdir. Bütün bunlarm nə qədər doğru olacağını isə gələcək göstərəcəkdir.
Tahə İbrahimov,
Ağsu rayon, İlxıçı kəndinin orta məktəbin müəllimi