2017/18 mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” daha iki futbolçu ilə yollarını ayırıb.
Trend-in klubun saytına istinadən verdiyi məlumata görə, David Pietrzkieviç və Murad Musayev yeni mövsümdən “qırmızı-qaralar”ın formasını geyinməyəcək. Bunadək isə komanda Daniel Subotiç, Rafael Santos, Rəşad Sadiqov, Məhəmməd Mirzəbəyov, Teo Uiks, Sergey Zenyov, Rəşad Eyyubov və Nika Kvekveskiri ilə yollarını ayırmışdı.
2013-2014 və 2015-2017-ci illərdə “Qəbələ”də çıxış edən D.Pietrzkieviç “qırmızı-qara” formada 14 oyun keçirib. Polşalı qapıçı bu görüşlərdə 17 top buraxıb. O, Premyer Liqada 12 (-11 qol), ölkə kubokunda 1 (-2 qol) və Avropa Liqasında 1 (-4 qol) oyunda iştirak edib.
2012/13 mövsümündən “Qəbələ”nin əsas komandasında çıxış edən M.Musayev 9 matç keçirib. Müdafiəçi Premyer Liqada 8, Azərbaycan kubokunda isə 1 görüşün iştirakçısı olub.