Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Apple”dan yeni təqdimat

“Apple”dan yeni təqdimat


“Apple” korporasiyasının təşkilatçılığı ilə San Xose şəhərində “WWDC 2017” - tərtibatçıların növbəti illik ümumdünya konfransı keçirilib.



 



İKT.lent.az-ın xəbərinə görə, korporasiya konfransda özünün yeni məhsullarını təqdim edib. Təqdimatı zalda 35 ölkədən 5300 proqram tərtibatçısı izləyib.



 



Konfrans xüsusi videonun nümayişi ilə başlayıb. Videoda görünür ki, “Apple” əməkdaşlarından biri təsadüfən şirkətin server mərkəzində şəbəkəni “rozetka”dan qoparır. Nəticədə dünyanın müxtəlif yerlərində proqram əlavələri itməyə başlayır və apokalipsis yaranır. Bununla şirkət göstərmək istəyir ki, onun proqram əlavələri olmasa, dünya hansı vəziyyətə düşər. Bu zaman səhnədə “Apple”ın icraçı direktoru Tim Kuk görünür və sevinclə bildirir: “Yaxşı ki, bütün bunlar baş vermədi”.



 



Qeyd edək ki, hazırda “Apple”ın proqram əlavələrinin işlənib hazırlanması ilə təxminən 16 milyon nəfər məşğul olur.



 



Yeni iOS



 



“Apple” mərasimdə mobil cihazlar üçün yeni əməliyyat sistemini - “iOS 11”i təqdim edib. Təqdimatdan aydın olur ki, əlavələr ekranda “adalar” şəklində, kateqoriyalar üzrə bölüşdürülüb.



 



Artıq “iMessage” əlavəsi ilə “Apple Pay” vasitəsilə pul köçürmələri etmək mümkün olacaq. Sürücülərin yolda diqqətinin yayınmasını əngəlləmək məqsədilə “Narahat etməyin” funksiyası işlənib hazırlanıb. “Siri” funksiyası yeni səslə daha intellektual hala gətirilib. Belə ki, “Siri” sorğuları başqa dillərə - məsələn, fransız, ispan, Çin dillərinə tərcümə edə biləcək. Bundan başqa, “Siri” ekrandakı mətni oxuya və səsləndirə bilir.



 



Effektiv alqoritmlər sayəsində video və fotolar cihazlarda daha az yer tutacaq. Şirkət “App Store”u da yenidən işləyib - orada “Bu gün” bölməsi və oyunlar üçün ayrıca bölmə var. “iOS 11”də kənar tərtibatçılar üçün əlavə reallıq platforması da quraşdırılıb.





Yeni “iPad Pro



 



Təqdimatda Tim Kuk yeni “iPad Pro” planşet kompüterini nümayiş etdirib. Cihaz 10,5 ekran ölçülüdür. Minimal yaddaş həcmi 64 Gb, maksimal yaddaş isə 512 Gb-dır. Yeniliklər arasında yeni kameranı göstərmək olar ki, bu, “iPhone 7”nin kamerası ilə eynidir.



 



Qiymət 649 dollardan başlayır. Satışlara gələn həftə ABŞ-da start veriləcək.



 



5K displeyli “iMac Pro”



 



“Apple” “iMac” seriyasından olan yeni kompüterlər, o cümlədən 5K displeyə sahib “iMac Pro”nu təqdim edib.



 



“iMac” müxtəlif modifikasiyalarda hazırlanıb. Maksimal komplektasiya olan “iMac Pro” 18 nüvəli prosessora, 16 Gb videoyaddaşa və SSD üzrə 4 Tb yaddaşa malikdir. iMac Pro” bu ilin dekabrında satışa çıxarılacaq və qiyməti 4999 dollar olacaq.



 



“Macbook и “Macbook Pro” xətti də yenilənib. Daxildə “Kaby Lake” 7-ci nəsil çiplər və daha sürətli SSD quraşdırılıb. Minimal qiymət (adi, sensorsuz panelə malik versiya) 1299 dollardır.



 



“Homepod”



 



Yeni səs “kolonkası” (“Homepod”) “Ev musiqisini yenidən kəşf edirik” sloqanı ilə təqdim olunub. Quraşdırılmış A8 çipi yaxşı səs vəd edir. Əgər evdə və ya başqa qapalı məkanda bir neçə kolonka quraşdırılarsa, onlar musiqini birlikdə səsləndirəcəklər. Yeddi kanallı səs dəstəklənir və səsin exo verməsinin qarşısı alınır. Cihaz “Ey, Siri” müraciəti ilə oyanır və ondan hava haqında məlumatı, idman xəbərlərini səsləndirməsini, yoldakı vəziyyət barədə danışmasını, başqa dilə tərcümə etməsini xahiş etmək olar.



 



Cihaz ağ və qara rəngdə hazırlanıb. Satışlar dekabrda ABŞ-da başlayacaq. Qiymət 349 dollardır.



 



Yeni “WatchOS 4



 



“Apple Watch” smart saatları üçün “watchOS 4” proqram platformasının yenilənmiş versiyası da təqdim edilib. Yenilənmə “ağıllı” saat istifadəçiləri üçün bu ilin payızında əlçatan olacaq, tərtibatçılar isə artıq testlərə başlamaq imkanı əldə ediblər.



 



Saatlarda yeni “Siri” siferblatı peyda olacaq, bu funksiya vacib informasiyaları bir ekranda toplayacaq. Bu informasiyalar aviareyslər, günəşin çıxması və ya “ağıllı” evin idarəolunması kimi müxtəlif məlumatları əhatə edə bilər. “Siri” ilə yanaşı, “Kaleydoskop” siferblatı da var.  



 



“WatchOS 4”də “Apple Music” ilə qarşılıqlı əlaqə yaxşılaşdırılıb. Saata istifadəçinin sevimli musiqisini avtomatik yükləmək olur və buna “Air Pods” qulaqcıqları ilə qulaq asmaq mümkündür.



 



Yeni fitnes imkanları da var. İdman üçün əlavə yeni dizaynda verilib, fitnes mərkəzlərindəki trenajorlarla məlumat mübadiləsi aparmaq olur.


Teqlər:
Bu xəbər cəmi 2830 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR