Portuqaliya Respublikası Braqa şəhərində Avropa Birliyi Erasmus+ KA2 proqramı çərçivəsində "100% Gənclər şəhəri" kefiyyət etiketinin təqdimat mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Avropanın aparıcı şəhərlərinin merləri, Avropa Gənclər Forumunun rəhbərliyi və fəal gənclər təşkilatlarının iştirakı ilə GNRation Gənclik Mərkəzində təşkil edilmiş tədbirdə Azərbaycanı "Gəncə-2016 Avropa Gənclər Paytaxtı" İctimai Birliyinin sədri Elmir Vəliyev təmsil edib.
Gəncə şəhərinin 2016-ci ildə Avropa gənclər Paytaxtı tituluna uyğun bütün öhdəlikləri yüksək səviyyədə icra etdiyi nəzərə alınaraq münsiflər heyəti tərəfində "100% Gənclər şəhəri" mükafatına layiq görülüb.