Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Rəsmi qəzet AFFA-nı topa tutdu

Rəsmi qəzet AFFA-nı topa tutdu
Futbol üzrə DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində millimiz növbəti oyunu Lüksemburq yığmasına qarşı keçirdi. Azarkeşlər bu dəfə stadiona böyük həvəslə gəlmişdilər. Çünki millimizin Lüksemburqa qarşı qələbə qazanacağına ümid edirdilər. Hər zaman olduğu kimi, bu dəfə də tarazlıq pozulmadı, yenə ümidlər puç oldu. Yəni komandamız növbəti dəfə xal itkisi ilə üzləşdi. Mübarizə 1:1 hesabı ilə nəticələndi. Hətta futbol tanrısının köməyi ilə son saniyələrdə məğlubiyyətdən qurtulduq. Növbəti xal itkisinin "qəhrəmanı" yenə də almaniyalı çalışdırıcı Berti Foqts oldu. Bununla da o, millimizin sükanı arxasında antirekordlarını təkrarlamaqda davam etdi. Almaniyalı çalışdırıcı Lüksemburqla qarşılaşma öncəsi "Luxemburger Wort" qəzetinə müsahibəsində bildirmişdir ki, hər iki komandanın səviyyəsi eynidir. Bu cür açıqlamalardan sonra rəhbərlik etdiyi komandanın futbolçuları qələbəyə necə köklənə bilərlər? Millimiz əhalisinin sayı yarım milyondan bir az artıq olan "cırtdan" ölkənin komandasına qalib gələ bilmirsə, bu gün yığmamızın hansı inkişafından danışa bilərik. Daim günahı klub məşqçilərində görən Foqts özü komandanın dirçəlməsi üçün bu illər ərzində nə edib? Güclü komandalarla görüşlərdə məğlubiyyətə bəraət qazandıran almaniyalı zəif yığmalarla qarşılaşmalarda xal itirdikdə isə günahı futbolçularda və azərbaycanlıların mentalitetində axtarır. Hər qarşılaşma sonrası mətbuat konfranslarında futbolçuları günahkar, özünü isə təmizə çıxarmaq heç də peşəkar məşqçiyə yaraşan hərəkət deyil. Bütün xal itkilərində millinin üzvlərini hədəf alan açıqlamalar səsləndirərək, onları ictimaiyyət qarşısında aciz duruma salan bir məşqçinin ölkə futboluna hər hansı bir töhfə verəcəyini demək çox çətindir. Ümumiyyətlə, bu gün Azərbaycana gələn əcnəbi məşqçiləri həmişə maddi maraq düşündürüb. Futbolumuzun inkişaf etməsi onların marağında olmayıb. Şotlandiya və Nigeriya yığmalarında uğursuzluqdan sonra onu milli komandamıza dəvət etməyin nə dərəcədə səhv addım olduğunu ümid edirik ki, AFFA rəhbərliyi gec də olsa anlayıb. Məntiq etibarı ilə sonuncu biabırçı xal itkisindən sonra Berti Foqts istefaya göndərilməlidir. Foqts ölkəmizə gəldiyi gündən bəri hər toplanışda millinin heyətinə Almaniya daxili çempionatlarında öz komandalarında forma şansı tapa bilməyən çoxlu sayda oyunçular dəvət edib. Onların indiyə kimi millimizin oyunlarında heç bir üstün cəhətlərinin şahidi olmadıq. Əli Gökdəmir, Cihan Özkara, Ufuk Budaq, Rüfət Dadaşov və s. kimi futbolçuların komandaya əlavə güc qatmalarını görmədik. Yeri gəldikdə, öz yerli futbolçularımız onların hər birindən müxtəlif cəhətlərdən üstün oynayırlar. Qeyd ediləsi vacib məqamlardan biri də odur ki, "gəlmələr" yerli futbolçulardan heç də yaxşı oyun nümayiş etdirmirlər. Hətta fədakarlıq baxımından geri qalırlar. Sual yaranır: görəsən, cənab Foqts onları hər matç oynatmaqla, hansı məqsədləri güdür? Berti Foqts almaniyalı deyil, ingiltərəli və ya italiyalı olsaydı, yenə də həmin ölkələrdən yığmamıza futbolçular dəvət edərdimi? Bu gün Foqtsun komandasının uğursuzluqlar seriyasını davam etdirməsinin səbəbi çox sadədir: almaniyalı mütəxəssis vahid heyət yaratmaq əvəzinə hər oyunda kifayət qədər yeni oyunçu cəlb edərək komandada "yeni kəşflərə" çıxır. Artıq oyunun gedişində taktiki dəyişikliklərdə digər həmkarlarından geri qalan Foqtsa futbolçular da ümid etmirlər. Azarkeşlər isə milli komandada qələbə sevincinin nə olduğunu çoxdan unudublar. Sonuncu dəfə rəsmi oyunlarda qələbə 2011-ci il sentyabrın 6-da Qazaxıstan yığmasına qarşı əldə edilib (3:2). Görəsən, nə vaxta kimi bu uğursuzluq davam edəcək? Fikrimizcə, artıq yetər! Azərbaycanlı futbolçuların da digər idmançılarımız kimi azarkeşləri sevindirmək vaxtı çatmışdır. "Azərbaycan" qəzeti

Teqlər:
Bu xəbər cəmi 1800 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR