Bakı məktəblisi Ukraynada kikboksinq idman növü üzrə gənclər arasında keçirilən beynəlxalq yarışda birincilik qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan Yavər Əliyev adına 235 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Cəlal Əliyev turnirdə bütün rəqibləri üzərində qələbə qazanıb.
C.Əliyev qızıl medal və I dərəcəli diplomla təltif olunub.
Qeyd edək ki, yarışda Azərbaycanla yanaşı, Ukrayna, Gürcüstan, Belarus və Moldovadan olan idmançılar qalibiyyət uğrunda mübarizə aparıblar.