Bu ilin I rübündə Bakı Metropoliteninin gəlirləri ötən ilin eyni dövrünə nisbətən 8,5% artıb.
Yenimeydan.info contact.com-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statisyika Komitəsindən bildirilib. Yanvar-martda "Bakı Metropoliteni" QSC sərnişin daşımalarından 11 mln manat qazanıb.
Bu dövrdə 55,4 mln sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 6,1% çoxdur.
Dövlətstatkom sərnişin daşımaları xərcləri barədə məlumat vermir.