Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

II Xalq Teatrları Festivalının seçim mərhələləri başlayıb

II Xalq Teatrları Festivalının seçim mərhələləri başlayıb


II Respublika Xalq Teatrları Festivalının seçim mərhələləri başlayıb. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, xalq teatrlarının dəstəklənməsi, onların mədəniyyət və turizm potensialının nümayişində, əhalinin asudə vaxtının təşkilində rolunun artırılması festivalın əsas məqsədləridir.



 



Seçim mərhələsində iştirak edən xalq teatrlarının tamaşalarının nümayişində iştirak etmək, onların qiymətləndirilib Bakıya dəvət edilməsi məqsədilə münsiflər heyəti regionlara ezam edilib.



 



Münsiflər heyətinə Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru, xalq artisti Vaqif Əsədov (sədr), İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Rəşad Əliyev, həmin şöbənin aparıcı məsləhətçisi Elgün Əliyev, Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru, əməkdar  artisti Loğman Kərimov, xalq artisti  Pərvanə Qurbanova, Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnarə Hacıyeva daxildir.



 



Seçim mərhələsi ilk olaraq Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsində keçirilib. Tədbirdə Kürdəmir, Sabirabad və Bərdə regional mədəniyyət və turizm idarələrinin tabeliyində olan müəssisələrdə fəaliyyət göstərən xalq teatrları iştirak edib.



 



Festivalın növbəti seçim mərhələsi Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsində  keçirilib.



 



Qeyd edək ki, paytaxt və bölgələrdə 37 xalq teatrı fəaliyyət göstərir. II Respublika Xalq Teatrları Festivalının final mərhələsi iyun ayında keçiriləcək. 


Teqlər:
Bu xəbər cəmi 3470 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR