“Apple” korporasiyası növbəti təqdimatının vaxtını açıqlayıb.
İKT.lent.az-ın “Mashable” portalına istinadən verdiyi xəbərə görə, iyunun 5-də “Worldwide Developers Conference” çərçivəsində “iOS 11” və “macOS 10.13” əməliyyat sistemlərinin rəsmi təqdimatı keçiriləcək. Təqdimat San Xose şəhərində keçiriləcək tədbirin ilk gününə planlaşdırılıb.
“Apple” “watchOS” və “tvOS” əməliyyat sistemlərinin yenilənmiş versiyalarını da təqdim edəcək. Elə həmin gün yeni OC-lərin kütləvi beta versiyalarının istifadəyə verilməsi nəzərdə tutulub. Onların final relizləri isə bu ilin payızında olacaq.
Konfransda yeni “iPad”in və “Siri Speaker” “ağıllı” səs kolonkalarının təqdimatı da ola bilər.