Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

İslam Həmrəyliyi Oyunları zamanı hərəkətin təhlükəsizliyini 1200 yol polisi təmin edəcək

İslam Həmrəyliyi Oyunları zamanı hərəkətin təhlükəsizliyini 1200 yol polisi təmin edəcək


Bakı Nəqliyyat Agentliyinin baş direktoru, IV İslam Həmrəyliyi Oyunları zamanı nəqliyyat sisteminin tənzimlənməsi və idarə olunması üzrə Koordinasiya Şurasının sədri Vüsal Kərimli və Daxili İşlər Nazirliyi Baş DYP İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən atletlərin daşınması üçün ayrılan nəqliyyat vasitələrinin sürücüləri ilə görüşüblər.



Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı, həmçinin Birinci vitse-prezident, IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi altında Oyunların hazırlığı üçün çox ciddi və böyük işlərin görüldüyü diqqətə çatdırılıb. Bildirilib ki, artıq ölkəmiz və paytaxtımız Oyunların qəbuluna və ən yüksək səviyyədə keçirilməsinə tam hazırdır.



Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais AğayevAZƏRTAC-a bildirib ki, polis general-mayoru Ramiz Zeynalov Oyunların nəqliyyat əməliyyatlarına cəlb olunan sürücülərə yol hərəkəti qaydalarına ciddi əməl etmələri, eyni zamanda, onlara tapşırılan missiyanı yerinə yetirərkən əsl vətəndaşlıq mövqeyindən çıxış etmələri ilə bağlı tövsiyələrini verib. İdarə rəisi yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsində sürücülərin üzərinə daha böyük məsuliyyət düşdüyünü xatırladıb. Diqqətə çatdırıb ki, bu işdə yol-patrul xidmətinin əməkdaşları sürücülərə dəstək olacaq. Yol hərəkətinin təhlükəsizliyi və yüksək səviyyəli nümayəndə heyətlərinin müşayiəti üzrə qarşıda duran vəzifələr yol-patrul xidmətinin 1200 əməkdaşı tərəfindən xüsusi təyinatlı 400 avtomobillə təmin ediləcək.



Bakı Nəqliyyat Agentliyinin Baş direktoru Vüsal Kərimli Oyunların Əməliyyat Komitəsi tərəfindən Agentliyə həvalə edilən nəqliyyat tədbirlərinin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsi istiqamətində bütün lazımi tədbirlərin icrasının təmin olunduğunu diqqətə çatdırıb. Baş direktor qeyd edib ki, Oyunlar müddətində nəqliyyatın işinin təşkili, daşımaların təhlükəsizliyinin təmin olunması ilk növbədə sürücülərin müəyyən edilmiş vəzifə və funksiyaları tam məsuliyyətlə, yüksək peşəkarlıqla həyata keçirməsindən asılıdır. “Peşəkar bacarıqlarla yanaşı, qarşıya qoyulan tapşırıqların layiqincə yerinə yetirilməsi baxımından vacib olan digər bir önəmli məqam yüksək vətənpərvərlik hissləridir. IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanın tarixində növbəti bir parlaq qələbə kimi qalması, bu Oyunların böyük idman bayramına çevrilməsinə öz töhfəmizi vermək üçün əsl vətəndaşlıq mövqeyindən çıxış edərək birgə səylər göstərməliyik. Bu yarışlarda da üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirib, dostluq və həmrəylik istəklərimizi ortaya qoyub ölkəmizin nüfuzunu daha artırmaq hər birimizin mənəvi borcudur. Bu gün tutduğumuz vəzifədən asılı olmayaraq hər birimiz IV İslam Həmrəyliyi Oyunlarının bir parçasıyıq və bu, bir dəyərdir. Düşünürəm ki, Oyunların bir parçası olmaq böyük qürurdur”, - deyə Vüsal Kərimli vurğulayıb.



IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin nəqliyyat şöbəsinin rəhbəri Vüsal Rəcəbli müvafiq dövlət qurumlarının koordinasiyalı fəaliyyəti sayəsində paytaxtın nəqliyyat sisteminin artıq “Bakı-2017” üçün tam hazır vəziyyətə gətirildiyini bildirib.



Görüşdə sürücüləri maraqlandıran suallar cavablandırılıb, atletlərin daşınması zamanı ortaya çıxa biləcək maneələrin dərhal aradan qaldırılması ilə bağlı müvafiq göstərişlər verilib.


Teqlər:
Bu xəbər cəmi 3210 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR