Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalının ilk turu yekunlaşıb

“Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalının ilk turu yekunlaşıb


 



Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalına start verilib.



AZƏRTAC xəbər verir ki, zəka sahibləri 3 qrupda mübarizə aparacaqlar. Belə ki, reqlamentə əsasən, beynəlxalq festivalda güclülərin (“A” qrupu), əmsalı az olanların (“B” qrupu) və uşaqların (“C” qrupu) yarışı keçiriləcək. Festivalın “A” qrupunda iştirak etmək üçün 47 şahmatçı müraciət edib. İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq yarışda hər iştirakçıya 40 gediş üçün 90 dəqiqə, partiya başa çatana qədər hər şahmatçıya 30 dəqiqə və hər gediş üçün əlavə 30 saniyə vaxt ayrılır.



“Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalının ilk turu artıq yekunlaşıb və nəticələr məlum olub.



“A” qrupunda 9 ölkənin – Belçika, Belarus, Gürcüstan, Almaniya, Rusiya, Türkiyə, Ukrayna, Özbəkistan və Azərbaycanın 47 zəka sahibinin gərgin mübarizəsi elə ilk turdan özünü büruzə verib. Turnirin ən iddialı iştirakçısı, eyni zamanda, yarışın ən yüksək reytinqli şahmatçısı, azərbaycanlı qrossmeyster Eltac Səfərli (2668) FİDE ustası Əhməd Əhmədzadəyə (2357) ilk turda məğlub olub. Rusiyalı qrossmeyster Sergey Volkov (2617) isə yarışa qələbə ilə başlayıb. O, ilk turda Aydın Süleymanlıdan (2356) üstün olub. Turnirin ən yüksək reytinqli şahmatçısından biri olan Nicat Ağayev (2347) Almaniya təmsilçisi İqor Xenkinlə (2568), azərbaycanlı qrossmeyster Zeynəb Məmmədyarova (2321) isə ukraynalı qrossmeyster Eldar Qasanovla (2484) xalları yarı bölüb.



“A” qrupunda mübarizə aparan 4 naxçıvanlı şahmatçıdan biri - FİDE ustası Pərviz Qasımov (2318) özbəkistanlı beynəlxalq usta Curabek Xamrakulovu (2476) məğlub edib. Qrossmeyster Toğrul Həsənzadə (2347) azərbaycanlı qrossmeyster Azər Mirzəyevə (2543), Urfan Sevdimalıyev (2366) isə Səbinə İbrahimovaya (2198) məğlub olub.



İlk turdan sonra 14 zəka sahibi maksimum xalla turnir cədvəlinə başçılıq edir.



Əmsalı nisbətən aşağı olan şahmatçıların mübarizə apardığı “B” qrupunda isə ölkənin müxtəlif regionlarından 92 zəka sahibi yarışır. Artıq ilk turdan sonra 42 şahmatçı maksimum xal toplayıb.



“Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalının “C” qrupunda 157 şahmatçı qüvvəsini sınayır ki, onların da 62-nin beynəlxalq əmsalı 1100-dən çoxdur. İlk iki turdan sonra 75 şahmatçı maksimum xal toplamağa nail olub.


Teqlər:
Bu xəbər cəmi 3025 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR