Mayın 5-də Azərbaycan kubokunun final oyunu keçiriləcək.
Yenimeydan.info xəbər verir ki, Naxçıvanda baş tutacaq “Qarabağ” – “Qəbələ” oyunu ilə 2016-2017-ci illər mövsümünə yekun vurulacaq. Həlledici matçın iştirakçılarının ölkə kubokundakı əvvəlki oyunlarının balansını təqdim edirik.
Azərbaycan kuboku
Final
5 may
“Qarabağ” – “Qəbələ” – 6 oyun, +0=5-1, top fərqi 4-5
Komandaların yolları indiyədək 3 dəfə kəsişib. Bu üç duel çərçivəsində 6 qarşılaşma baş tutub. Matçlardan 5-də heç-heçə qeydə alınıb. Qalibin müəyyənləşdiyi yeganə matçda “Qəbələ” qalib gəlib. Ümumilikdə isə 3 dueldən ikisində “Qarabağ”, birində “Qəbələ” mərhələ adlayıb.
2011/12
1/4 final
Qəbələ - Qarabağ (Ağdam)
2:2, 0:0
2012/13
1/4 final
Qəbələ - Qarabağ (Ağdam)
1:1, 0:0
2013/14
1/4 final
Qəbələ - Qarabağ (Ağdam)
0:0, 2:1