Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Tour d’Azerbaidjan-2017” ilə əlaqədar 5 marşrut üzrə nəqliyyatın hərəkəti fasilələrlə məhdudlaşdırılacaq

“Tour d’Azerbaidjan-2017” ilə əlaqədar 5 marşrut üzrə nəqliyyatın hərəkəti fasilələrlə məhdudlaşdırılacaq


 



Bu gün saat 10.30-da “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turuna start verilib.



 



Azərbaycan Velosiped İdmanı Federasiyasından APA-ya verilən məlumata görə, “Tour d'Azerbaidjan-2017” beynəlxalq velosiped turu əvvəlki illərdə olduğu kimi 5 mərhələdə keçirilir.



 



Velosiped turunun birinci mərhələsi - Bakı - Sumqayıt (150 km) marşrutunu əhatə edir. Bu gün mərhələlərlə bu istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır. Sabah iştirakçılar 2-ci mərhələdə Bakı - İsmayıllı (187 km), mayın 5-də 3-cü mərhələdə Qəbələ - Şəki - Qəbələ (177 km), mayın 6-da 4-cü mərhələdə Qəbələ - Ağsu - Pirqulu (164 km) və mayın 7-də sonuncu mərhələdə Bakı - Abşeron - Bakı (158 km) marşrutu üzrə ümumilikdə 836 km məsafə qət edəcəklər.



 



Mayın 7-də yarış iştirakçılarının Bakıda bir neçə dəfə dövrə vurması nəzərdə tutulub. Velosiped turu zamanı müvafiq mərhələlərə uyğun marşrutlar üzrə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.



 



Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov APA-ya açıqlamasında deyib ki, velosiped turunun keçirilməsi ilə bağlı müvafiq ərazilərdə təhlükəsizlik tədbirlərinin görülməsi üçün yol polisi həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyur və istiqaməti dəyişir: “Nəqliyyatın hərəkətinə məhdudiyyət də fasilələrlə qoyulur. Yəni elə formada işləməyə çalışırıq ki, sürücülərin də hərəkətində ləngimə olmasın”.   



 



Qeyd edək ki, builki yarışda 18 ölkədən 22 komanda mübarizə aparır. Onlardan 6-sı peşəkar kontinental, “Synergy Baku” da daxil olmaqla 16-sı kontinental kollektivdir.


Teqlər:
Bu xəbər cəmi 3500 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR