"Google", "Amazon" və "eBay" kimi internet nəhəngləri "Apple Watch"da bir sıra əlavələri dəstəkləməyi dayandırıb.
İKT.lent.az-ın "Mashable"yə istinadən xəbərinə görə, buna səbəb əlavələrin istifadəçilər arasında populyar olmamasıdır.
Son həftələrdə "Google Maps", "eBay", "Amazon" və "Target" ticarət şəbəkəsinin əlavələri "Apple Watch"da fəaliyyətini dayandırıb. "Google" şirkətinin nümayəndəsi "AppleInsider"ə bildirib ki, korporasiya öz xidmətləri üçün "ağıllı" saatların dəstəklənməsini bərpa edəcək.