“Samsung Galaxy S7” və “S7 Edge” smartfonlarının satışa başlamasından sonra bir il ərzində bütün dünya üzrə 55 milyon ədəd smartfon satılıb.
Yenimeydan.info-nun “The Investor” nəşrinə istinadən verdiyi xəbərə görə, “Strategic Analytics” analitik şirkətinin məlumatına əsasən, bu ilin yanvarından mart ayına qədər “Samsung” şirkəti 7,2 milyon ədəd “Galaxy S7” və “S7 Edge” smartfonlarının satışını həyata keçirib. Bu modellərə olan tələbat hətta şirkətin “Galaxy Note7” planşetofonunu bazardan geri çağırmasına baxmayaraq, yenə də böyük olaraq qalıb. “Samsung Galaxy S8” və S8+” modelləri isə satışa aprel ayında çıxarılıb.
“Strategic Analytics” əlavə edib ki, bu ilin birinci rübündə “Samsung” şirkəti ümumilikdə 92,8 milyon ədəd mobil cihaz satıb ki, onlardan 80 milyon ədədi smartfondur. Şirkət bununla dünya bazarının 23 faiz payına sahib olub.