Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

İslamiada zamanı Milli Dram Teatrının səhnəsində subtitrlər üçün ekranlar yerləşdiriləcək

İslamiada zamanı Milli Dram Teatrının səhnəsində subtitrlər üçün ekranlar yerləşdiriləcək


Ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində nümayiş olunacaq tamaşaları müvafiq olaraq rus, ingilis dillərində subtitrlərlə şəhərimizin əcnəbi qonaqları və turistlər izləyə biləcəklər.



Bu sözləri AZƏRTAC-a teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı deyib. C. Zeynallının sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təqdim ediləcək səhnə əsərlərinin tərcümə edilməsinə və müvafiq xarici dillərdə nümayişinə xüsusi şərait yaradılıb.



“Subtitrlər səhnənin hər iki tərəfində böyük ekranlarda tamaşaçıların bütün istiqamətlərdən görə biləcəyi şriftlərlə əks olunacaq. Bu da imkan verəcək ki, əcnəbi tamaşaçılar, şəhərimizin qonaqları tamaşadakı obrazların dialoqlarını rahat oxuya bilsinlər. Repertuara həm klassik, həm də müasir Azərbaycan dramaturgiyasının nümunələri əsasında hazırlanan səhnə əsərləri daxil edilib. Məqsəd İslamiada zamanı ölkəmizə təşrif gətirən turistlər və yarış iştirakçılarında çağdaş Azərbaycan teatrı və dramaturgiyası haqqında zəngin təəssürat yaratmaqdır. Eyni zamanda, repertuara dünya dramaturgiyasının məşhur nümunələri əsasında hazırlanan səhnə əsərləri daxil edilib. N. V. Qoqolun “Müfəttiş”, E.De.Filipponun “Silindr”, B.Nuşiçin “Nazirin xanımı”, A. Saqarelinin “Xanuma” tamaşaları dünyanın aparıcı teatrlarının repertuarında özünəməxsus yer tutur və teatrsevərlər tərəfindən hər zaman xüsusi maraqla qarşılanıb”, - deyə C.Zeynallı bildirib.


Teqlər:
Bu xəbər cəmi 2545 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR