Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Neftçi” 4 futbolçu ilə vidalaşıb

“Neftçi” 4 futbolçu ilə vidalaşıb


 



Azərbaycan Premyer Liqasında 2016-17 mövsümünü 7-ci pillədə başa vuran “Neftçi” vaxt itirmədən “təmizləmə işləri”nə başlayıb. Bu barədə apasport.az saytına paytaxt klubunun baş məşqçisi Elxan Abdullayev məlumat verib.



 



O bildirib ki, artıq 4 oyunçu ilə yollarını ayırıblar. Müqavilə müddəti başa çatan müdafiəçi Jairo Rodriges düşərgəni tərk edərək vətəni Braziliyaya dönüb. Onunla yanaşı, qapıçı Maksim Vaylo, müdafiəçi Kamal Qurbanov və yarımmüdafiəçi Murad Ağayev də “Neftçi”nin gələn mövsüm üçün planlarına daxil edilməyib.



 “Ağ-qaralar”la anlaşması bitən qapıçı Boban Baykoviç və yarımmüdafiəçi Zdenek Folprextin durumu isə qeyri-müəyyəndi. Baş məşqçi onların qalıb-qalmaycaqlarının büdcədən asılı olacağını söyləyib: “Baykoviçin bizə çox köməyi dəyib. Şəxsən mən onun qalmasını istərdim. Amma bu, maliyyədən asılı olacaq. Gələn mövsümün büdcəsini öyrənəndən sonra Baykoviçlə bağlı qərar verəcəyik. Bu məsələdə hər şey bizdən asılıdı. Folprextə gəlincə, onun da xidmətində maraqlıyıq. Amma müqavilə ilə “Slovan” klubuna məxsusdu. Çexiyalılarla yaxın vaxtlarda danışıqlara başlayacağıq”.



 Abdullayev bir müddət əvvəl “Neftçi”yə keçəcəyi gözlənilən “İnter”in müdafiəçisi Tərlan Quliyev və yarımmüdafiəçisi Nizami Hacıyevin məsələsinə də aydınlıq gətirib: “İnter”ə artıq yeni rəhbərlik gəlib, komanda Avropa Liqasında mübarizə aparacaq. Bu səbəbdən də, hələlik onlardan heç kimi transfer etməmək qərarına gəldik. Yalnız Səlahət Ağayevlə razılıq əldə etmişik ki, bu da onlara yeni rəhbərlik gəlməmişdən əvvəl baş tutmuşdu. Ümumiyyətlə, transfer məsələsində tələsmək istəmirik. Hələ iki ay vaxtımız olacaq”.



 Baş məşqçi adı “Sumqayıt”la birgə hallanan vitse-kapitan Cavid İmamverdiyevin komandada qalacağını da vurğulayıb.


Teqlər:
Bu xəbər cəmi 2490 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR