Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Hematoloq Pərvanə Hacıyeva: Bizim Qan Bankında kifayət qədər ehtiyat var

Hematoloq Pərvanə Hacıyeva: Bizim Qan Bankında kifayət qədər ehtiyat var


Mərkəzi Qan Bankı tibb müəssisələrini müalicə məqsədi ilə qanla təchiz edən qan xidməti müəssisəsidir. Qan xidmətinin dinamik inkişafı olmadan cərrahiyyə, reanimasiya, doğuşayardım, hematologiya, onkologiya, travmatologiya və digər sahələrdə ixtisaslaşmış tibbi yardımı uğurla həyata keçirmək mümkün deyil. B. Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının müdiri Pərvanə Hacıyeva AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib:



- Biz donorlardan əldə etdiyimiz qanı talassemiyalı, hemofiliyalı və qana ehtiyacı olan digər xəstələrə çatdırırıq. Əvvəllər qan xəstələrə bütöv şəkildə vurulurdu. Son vaxtlar əvvəlki illərdən fərqli olaraq, bütün dünyada qan üç hissəyə-eritrosit kütləsi, plazma və trombosit kütlələrinə ayrılır. Talassemiyalı xəstələrin orqanizmində ağ qan hüceyrələri normal qaydada olsa da, qırmızı qan hüceyrələri çatışmır. Ona görə də həmin xəstələri eritrosit kütləsi ilə təmin edirik. Yaxud hemofiliyalı xəstələrdə qırmızı qan hüceyrələri normal olsa da, laxtalanma faktorları çatışmır. Ona görə də həmin xəstələri tərkibində laxtalanma faktorları olan təzə dondurulmuş plazma ilə təmin etmək lazım gəlir. Elə xəstələr də var ki, onların orqanizmində müxtəlif səbəblərdən güclü qanaxmalar olur və onları da eritrosit kütləsi ilə təmin etmək bizim üzərimizə düşür.



-Pərvanə xanım, Mərkəzi Qan Bankının işində son illər vəziyyət əsaslı şəkildə yenilənib...



-2010-cu ildən sonra bu sahədə çox böyük yenidənqurma işləri aparılıb. Ölkəmizin 8 regionunda-Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərində, Lənkəran, Şəki, Quba, Şirvan və Bərdə rayonlarında bölmələrimiz var. Eləcə də paytaxtdakı Respublika Kliniki Xəstəxanası, Elmi Cərrahiyyə Mərkəzi, Milli Onkologiya Mərkəzi, Kliniki Tibbi Mərkəz və 3 nömrəli şəhər klinik xəstəxanasında, ATU Tədris Cərrahiyyə klinikasında Qan Bankları yerləşir. Bizdə vahid qan bankı sistemi yaradılıb. Deyək ki, hansısa bölgədə dördüncü qrup mənfi qan çatışmazlığı var, dərhal kompüter vasitəsilə lazım olan qan qrupunun harada olduğunu müəyyənləşdirilir və həmin məntəqədən onu əldə etmək mümkün olur. Ümumiyyətlə, elə ola bilməz ki, Mərkəzi Qan Bankında hansısa qrup qanla bağlı çatışmazlıq yaransın, çünki biz hər gün 400-ə yaxın donor qəbul edirik. Ola bilər ki, rayon bölgələrində mənfi qan qrupları ilə əlaqədar çatışmazlıq olsun, onda da yenə də həmin qayda ilə hansısa filial və ya mərkəzdən bunu əldə etmək indiki texnologiyalar vasitəsilə heç də çətinlik törətmir.



- Bu sahədə beynəlxalq əməkdaşlıq əlaqələri varmı?



-Hər il Türkiyədə Anadolu Qan Günləri keçirilir və 7 gün davam edən həmin tədbirdə 25-dən artıq ölkənin hematoloqları iştirak edir. Hər il 15-16 əməkdaşımız, o cümlədən həkim və orta tibb işçiləri həmin beynəlxalq tədbirdə qabaqcıl dünya ölkələrinin təcrübəsini öyrənirlər. Həmçinin Antalyada keçirilən hematoloji konfranslarda daimi olaraq iştirak edirik. Hər il qardaş ölkədə Qızıl Ay təşkilatının bir neçə qan bankı şəbəkəsinin işi ilə tanış oluruq.



İki ay əvvəl Səhiyyə Nazirliyinin dəvəti ilə Almaniyadan Qan Bankı üzrə tanınmış mütəxəssis dəvət olunmuşdu. O, həm Mərkəzi Qan Bankının, həm də Quba bölməsinin işi ilə tanış olandan sonra çox razı qaldı və hətta etiraf etdi ki, sizdən öyrənməli çox şey var. Lakin o bəzi tövsiyələr də verdi. Məsələn, bildirdi ki, Almaniyada donor qanı Bankda süzgəcdən keçirilərək təmizlənir, lakin digər ölkələrdə, o cümlədən bizdə də qan xəstənin yanında köçürülərkən təmizlənir. Yəqin ki, gələcək fəaliyyətimizdə bu tövsiyədən bəhrələnməyə çalışacağıq.



-Həkim, Bankın təchizatı barədə nə deyə bilərsiniz?



-Dövlət Proqramına uyğun olaraq, lazım olan bütün cihazlarla tam təmin olunmuşuq. Demək olar ki, laboratoriyalar tamamilə yenidən qurulub. Məsələn, MDB ölkələri arasında yeganə bizim Bankda qanın NAT texnologiyası üsulu ilə infeksiyalar üzrə yoxlanması üçün müasir cihazlar var. Əgər əvvəllər analizlər nəticəsində iki ay, iki ay yarım əvvəl infeksiyaya yoluxma faktını aşkar etmək mümkün idisə, müasir avadanlıqlar 15-20 gün əvvəl olan yoluxmanı da müəyyən etməyə imkan verir. Əvvəllər donordan alınan qan manual olaraq üç hissəyə bölünürdüsə, yeni alınan aparat vasitəsilə həmin proses avtomatik olaraq yerinə yetirilir və qanın tərkibi lazer vasitəsilə tam dəqiqliklə analiz edilir. Bundan başqa, müasir dondurucu aparatlar almışıq. Dondurucu mənfi 40 dərəcədən yüksək olanda plazmanı iki ilə qədər saxlamaq olur. Dondurma dərəcəsi həmin göstəricidən aşağı olanda plazmanın keyfiyyətini altı aydan çox saxlamaq olmur. İndi bizdə olan dondurucu cihazlar 80 dərəcədən də yüksək dondurma qabiliyyətinə malikdir və bunun nəticəsində də plazmanı uzun müddət saxlamaq imkanı var.



- Qan Bankında kifayət qədər ehtiyat varmı?



-Bu sahədəki vəziyyəti göstərmək üçün kiçik bir müqayisə aparmaq yerinə düşər. Əgər 2010-cu ildə ölkəmizdə 46,5 min nəfər donorluq etmişdirsə, ötən il onların sayı 85,8 min nəfər olub. 2010-cu ildə 21,1 min litr qan tədarük edilmişdisə, keçən il 40,3 min litr qan tədarük edilib. Hazırda bankda 500 vahiddən çox eritrosit kütləsi, 10 min vahiddən çox plazma ehtiyatımız var.


Teqlər:
Bu xəbər cəmi 6175 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR