Nuri Şahin “Borussia Dortmund” ilə yeni müqavilə imzalayıb.
Yenimeydan.info Türkiyə KİV-nə istinadən bildirir ki, türk oyunçu Bundesliqaya hegemonluq edən klublardan olan “Borussia Dortmund” klubu ilə müqaviləsini 2019-cu ilə qədər artırıb.
Nuri Şahin müqavilə imzaladıqdan sonra acıqlamasında bildirib:
““Dortmund mənim qəlbimdəki yeganə klubdur”.
Onu da qeyd edək ki, 2011-2013-cü illərdə icarə əsasında “Real Madrid” və “Liverpul” klublarında da çıxış edən futbolçu, son iki ildir zədə səbəbilə əsas heyətə düşməkdə çətinlik çəkir.