Bu gün Azərbaycan Premyer Liqasında 27-ci tura yekun vurulacaq.
Yenimeydan.info xəbər verir ki, turun son matçında "Qəbələ" "İnter"i qəbul edəcək. Roman Qriqorçukun komandası bu tur “gümüş”ü rəsmiləşdirə bilər. Bunun üçün onları qələbə və heç-heçə ilə yanaşı 1 top fərqi ilə məğlubiyyət də qane edir.
Azərbaycan Premyer Liqası
27-ci tur
24 aprel
14:30 “Qəbələ” – “İnter”
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüsal Qənbərov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Şahin Cəfərov
Qəbələ şəhər stadionu