Müqavilə ilə "Real"a məxsus olan, icarə əsasında digər La Liqa təmsilçisi "Alaves"da çıxış edən Markos Llorente gələcək karyerasından danışıb.
Yenimeydan.info xəbər verir ki, adı "kral klubu"nun əzəli rəqibləri - "Barselona" və "Atletiko" ilə hallanan 21 yaşlı oyunçu gələcək planlarının "Real"la bağlı olduğunu deyib. O, inkişaf etmək və "Reaı"ın əsas heyətində möhkəmlənmək istədiyini vurğulayıb:
"Barselona" və "Atletiko"nun mənimlə maraqlanması? Heç vaxt "Barselona"ya keçmərəm. "Atletiko" isə çox yaxşı klubdur, ancaq inanmıram bu transfer mümkün ola. "Alaves"də daha çox çalışıb özümü inkişaf etdirmək istəyirəm. Əsas məqsədim "Real"da uğur qazanmaqdır".
Qeyd edək ki, Llorentenin "Alaves"lə müqaviləsi mövsümün sonunda başa çatır.