Çexiya millisinin üzvləri Yan Kopiç və Ondrjey Vanek məhkəmə qarşıına çıxıb.
Yenimeydan.info xəbər verir ki, Rusiyanın "Ufa" və Çexiyanın "Viktoriya" klublarının futbolçularının adları narkotik satışında ittiham olunan Vitezslav Meynşner işində çəkilir. İddiaya görə, Vanek Meynşnerdən narkotik maddə aldığı halda, digəri ona yarım milyon Çexiya kuronu ödəyib.
Qeyd edək ki, Yan Kopiç Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Plzen klubunun heyətində "Qarabağ"a qarşı çıxış edib. O, Bakıda keçirilən cavab oyunda "atlılar"ın qapısına vurulan qolun ötürməsini də edib.