Dünyada ən qədim yasam, həyati mövcudluğun Kanadanın Quebek əyalətinin şimalında olması aşkarlanıb.
"Yenimeydan.info" xəbər verir ki, həmin ərazidə araşdırma aparan alimlər qrupu adıçəkilən ərazidə 3,8 milyard il bundan əvvələ aid dəmir filizi nümunələrinə aid bakteriyaların qalıqlarını tapıblar. Mütəxəssislər həmin bakteriyaların 3,8-4,3 milyard il yaşı olduğunu düşünür. Minimal ehtimal kimi düşünülən 3,8 milyard il belə, Yer kürəsində həyat əlamətlərini 100 milyon il daha əvvələ aparır.
Çünki əvvəllər Yer kürəsində həyat əlamətlərinin meydana gəlməsi 3,7 milyard il bundan əvvələ, Qrenlandiyaya aid edilirdi.