Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Heykəldən qorxanlar

Heykəldən qorxanlar


Raminə Eyvazqızı



İki il əvvəl Gəncədə Dəmiryolçuların mədəniyyət parkında M.Ə.Rəsulzadənin büstünün başına torba salanda da sosial şəbəkə elə bir ayağa qalxdı ki, az sonra ictimai xadimi gün işığına çıxardılar. Və bəzi ictimai mövzularda mütləq qara-qışqırıq qopartmasaq, heç nə əldə bilmərik. Təəssüf ki, həmin hay-küyü illər əvvəl BDU qarşısından cumhuriyyətimizin banisının heykəli götürüləndə çıxara bilməmişdik. İndi dövlətimiz M.Ə.Rəsulzadənin xidmətlərini bu gün də dilə gətirir, rəsmi göstərişlər belə verib. Amma qışqırmasaq mümkün deyil, bu çığırışma yolu ilə tələbetmə bütün dünyada var.



İki gün əvvəl Mikayıl Müşfiqin heykəlini yerindən qopardanda da səs-küy karımıza gəldi. Prezident səviyyəsində məsələ ciddi qiymətini aldı, səriştəsizlər işdən qovuldu. Hamı M. Müşfiqə hayan oldu. Ona olan sevgimizdən çoşduq. Heykəl müəllifi isə yaddan çıxdı, sənət, sənətkarın adı belə hallanmadı. Halbuki 47 yaşlı abidəni heykəltaraş Münəvvər Rzayeva (2004-cü ildə 75 yaşında vəfat edib) yaratmışdı. Ən pisi odur ki, incəsənət təmsilçiləri, lap həmkarlar bu barədə sus qaldılar. Amma sənətkar bu dünyada olmayanda onun haqqı da kiminsə boğasına ilişər, aman verməz. Bunu unutmayaq. Əsas odur ki, M.Müşfiqin abidəsi yaxın zamanda yerinə qoyulacaq. Dağıdılmış yaşıl parka isə söz verməyiblər!



Bu gün, heykəldən belə qorxan məmurlar var. Əminəm. Bəzi heykəllər var ki, dil açıb dillənəcək, az qala adamı adam olmağa dəvət edəcək. Bəlkə də şəhərin göbəyində olan M.Ə.Sabirin heykəlini aşırmaq düşüncəsi ilə bəhanə gəzənlər narahatdır. Ona görə ki, yaxşı bilirlər ki, onların heç vaxt heykəli olmayacaq. Nə dağ başında, nə park içində, nə də könüllərdə. Olsa olsa, qəbir üstündə olacaq. Tərs kimi dövlətimiz bundan sonra belə adətləri tərgitmək yolunda tədbirlərə başlayıb.



***



Tələbə olanda ilk məqalələrimdən biri Krişna haqqında nə isə hazırlamaq idi. Buna səbəb 90-cı illərin sonu təzə əsrimizin əvvəllərində ölkədə başını alıb gedən missionerlik idi. Nə yaxşı ki, sonra dini komitə yarandı, bu dini icma indi rəsmi qeydiyyatdadır.



Bir dəfə BDU-nun həyətindəki skamyada Krişnaya aid kitab tapdım. Elə bilirdim, kimsə unudub. Sən demə sonra aydın oldu ki, bu missonerlərin təbliğat , "yaddan çıxmış kitab"a baxanın ağlını almaq yolu imiş. Nə isə, kitaba göz gəzdirəndən sonra Q.Qarayev metrostansiyası yaxınlığında krişnaçıların yuvası olduğunu öyrəndim. Məqalə üçün maraqlı gəldi, ora getdim. İçəri başqa aləm idi. Hər yerdə bər-bəzəkli bütlər təəccübləndirdi. İç-içə otaqda sitayişçilərə maraqla baxırdım. Məni qəbul edən qadının gözü qaynayırdı. Bəzi məlumatları öyrənəndən sonra qapıdan çıxanda yol ortasında olan bütlərdən birinə dəyib az qala aşırmışdım. Həmin an ətrafda olanlar elə qəzəblə baxdılar ki, oranı necə tərk elədim, heç bilmədim. Bu əhvalatı ona görə xatırlatdım ki, kor-təbii inancı (bizə görə) üçün bütlərdən müqqəddəslik, alilik düzəldənlər varkən, biz yaşanmışlara, həqiqət uğrunda ölmüşlərə, lap sənətə niyə vəfasız çıxaq ki? Heç olmazsa, naxələfəri görəndə qışqıraq, durmadan qışqıraq!


Teqlər:
Bu xəbər cəmi 2590 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR