Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Odlar Yurdu Azərbaycan” adlı müsabiqə keçirildi -

“Odlar Yurdu Azərbaycan” adlı müsabiqə keçirildi -

Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin, Mədəniyyət işçiləri Həmkarlar İttifaqı Sumqayıt komitəsinin, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin, Sumqayıt Dövlət Rəsm Qalereyasının  və Şəhər Mədəniyyət Evinin və birgə təşəbbüsü ilə “Odlar Yurdu Azərbaycan” adlı müsabiqə keçirilib.


 


Sumqayıt Dövlət Rəsm Qalereyasında gerçəkləşən müsabiqənin keçirilməsində əsas məqsəd regionlar arasındakı istedadlı və yaradıcılıq qabiliyyəti olan şagirdləri üzə çıxartmaq, sənət mübadiləsi yaratmaq, gənc nəslin yaradıcılıq qabiliyyətini inkişaf etdirməkdir.


 


Rəsm nominasiyası üzrə 14-17 yaş arasında keçirilən müsabiqədə Sumqayıt şəhər Bülbül, Ə.Bakıxanaov və S.Rüstəmov adına uşaq incəsənət məktəblərinin, Nizami Gəncəvi adına Kitabxana Klubun, Sumqayıt Dövlət Rəsm Qalereyasının və Nigart Studiya rəsm dərnəyinin şagirdləri, Uşaq Yaradıcılıq və Yeniyetmələr Mərkəzinin, Dostluq və Şəhər Mədəniyyət Evinin dərnək  şagirdləri, Abşeron, Xızı, Qubadlı rayon Mədəniyyət Evlərinin dərnək şagirdləri, eləcə də Saray və Qobu uşaq incəsənət məktəblərinin şagirdləri iştirak ediblər. 


 


Münsiflər heyətində  Əməkdar İncəsənət Xadimi Vaqif Nəzirov,  Mədəniyyət işçiləri Həmkarlar İttifaqı Sumqayıt şəhər Komitəsinin sədri şair Əşrəf Veysəlli, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Estetik Tərbiyyə Üzrə Tədris-Metodik Mərkəzinin təsviri sənət şöbəsinin metodisti İntiqam Babayev, Gənclər və İdman Baş İdarəsinin  gənclərlə iş sektorunun baş məsləhətçisi Pərvin Rəsulov təmsil olunublar.


 


Müsabiqədə 4 rayon üzrə  iştirak edən 45 şagird  milli geyimli qızın, natürmortun, göyərçin maketinin və musiqi alətlərinin kompazisiyasını naturadan çəkiblər.


 


Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov tədbirə qatılaraq kiçik rəssamları təbrik edib, xoş arzularını çatdırıb. O bildirib ki, artıq regionalrarası tədbirlər bundan sonra silsilə xarakter almalı və belə tədbirlər davamlı olaraq keçirilməlidir. 


 


Sonda qaliblər diplomlarla və hədiyyələrlə mükafatlandırılıb.


 


Tədbirdə Səhər Mədəniyyət Evinin “Buta ” ritm qrupunun və Kamil Ağazadənin ifasında musiqi nömrələri səsləndirilib.

Teqlər:
Bu xəbər cəmi 2320 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR